vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
19:34 | 23 mart 2017 | Cümə axşamı Məqaləyə 1249 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhkəmə İrana «yox» dedi

1.6 milyard dollar «donduruludu»

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 22-də Lüksemburq məhkəməsi Tehranın 1.6 milyard dollarlıq vəsaitin qaytarılması tələbini rədd edib. Bu vəsaiti Birləşmiş Ştatlar 2001-ci il 11 Sentyabr terror qurbanlarına kompensasiya kimi istəyir.

Məhkəmə qərar çıxarıb ki, indilik, məbləğ Lüksemburqda dondurulmuş qalsın, işlə bağlı digər qərar çıxarılanadək belə olsun.

2012-ci ildə Nyu-York məhkəməsi İranın 2001-ci il hücumu qurbanlarının ailələrinə 7 milyard dollar ödəməsi barədə qərar çıxarıb. Hakim bildirib ki, Tehran «əl-Qaidə» təşkilatına kömək edib, qrup üzvlərinin ölkə ərazisindən keçməsinə icazə verib.

İran ittihamı rədd edir, pulu ödəmək istəmir. Onun vəkilləri Lüksemburqdakı «Clearstream» maliyyə şirkətindəki dondurulmuş 1.6 milyard dollara çıxış əldə etməyə çalışıblar.