vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
15:44 | 24 mart 2017 | Cümə Məqaləyə 1719 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cənub Qaz Dəhlizi» təhlükə varmı?

Azərbaycanın EITI-dən çıxması layihəyə təsir edəcəkmi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (EITI) çıxması «Cənub Qaz Dəhlizi»nə daxil olan layihələrin reallaşdırılmasına təsir etməyəcək. «Trend»in məlumatına görə, bu barədə «Cənub Qaz Dəhlizi» QSC-nin «Natural Gas World» jurnalında dərc olunan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bütün tərəfdaşlar layihənin maliyyələşdirilməsi üzrə öhdəlik götürüb: «İndiki investisiya xərcləri şəraitində bu rəqəm 43 milyard dollara bərabərdir».

«Cənub Qaz Dəhlizi» QSC hesab edir ki, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlarda əldə olunan nəticələri və investorlar tərəfindən səsləndirilən dəstəyi nəzərə alaraq, ölkənin EITI-dən çıxması «Cənub Qaz Dəhlizi» layihələrinin maliyyələşdirilməsi üçün xarici mənbələrdən vəsaitlərin cəlb olunmasına mane olmayacaq: «Azərbaycan Prezidentinin 2014-cü il 25 fevral tarixli fərmanına əsasən, Azərbaycan Dövlət Neft Fondu layihənin uğurla başa çatması üçün uzunmüddətli maliyyələşdirməni təqdim etməyə hazırdır».

«Cənub Qaz Dəhlizi» QSC bəyan edib ki, öz investorları üçün şirkətin avroistiqrazlarının yerləşdiyi İrlandiya fond birjası vasitəsilə illik audit maliyyə hesabatlarını təqdim etməkdə davam edəcək.