vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
16:00 | 24 mart 2017 | Cümə Məqaləyə 515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml kimə üstünlük verir?

Ermənistan, yoxsa «Qarabağ klanı»na?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Köçəryan-Sərkisyan hakimiyyəti dövründə Ermənistan və işğal altında saxladıqları Qarabağ əhalisinin iqtisadi və sosial vəziyyəti ağırlaşdı. Ermənistanda kütləvi narazılıq var. Parlament seçkisi yaxınlaşdıqca güllə səslərinin və həbslərin sayı artır.

Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı klanlararası mübarizə də gedir. Ermənistanda 20 ildir hakimiyyətdə Qarabağ klanı qərar tutub. Bu klan SSRİ illərində də Ermənistanda müəyyən mövqelərə malik idi. Ancaq 1987-ci ildə Dağlıq Qarabağda separatçılıq başladıqda bu klanın mövqeləri Ermənistanda gücləndi. Dağlıq Qarabağ separatçıları Ermənistan və Rusiya ordusunun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etdikdən sonra İrəvanda təsir güclərini bir az daha artırdılar. Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də Ermənistanda 2 aprel parlament seçkisində mübarizənin yenə də Ermənistan və «Qarabağ klanı» arasında gedəcəyini söyləmək mümkündür.

Vaxtilə Qarabağ separatçılarını Ermənistanda hakimiyyətə keçmiş prezident Levon Ter-Petrosyan gətirib. Levon Ter-Petrosyan ilk əvvəl indiki prezident Serj Sərkisyanı İrəvana gətirərək onu daxili işlər və milli təhlükəsizlik naziri təyin etdi. Daha sonra digər Qarabağ separatçısı Robert Köçəryanı İrəvana gətizdirərək onu baş nazir təyin etdi. Bununla da Levon Ter-Petrosyan Ermənistana problem yaratdı, Köçəryan-Sərkisyan cütlüyünün tələsinə düşdü. Məntiqlə Azərbaycanla sülhə çalışan Levon Ter-Petrosyan separatçılarla arasında məsafə saxlamalı idi. Levon Ter-Petrosyan 1997-ci ildə Azərbaycanın da qəbul etdiyi «mərhələli həll» planını qəbul etməyə hazır idi. Separatçılar Levon Ter-Petrosyanı devirdilər. O gündən bu yana Qarabağ separatçıları başqa siyasətçilərin iqtidara gəlməsinə imkan vermirlər.

Ermənistanda anadan olan siyasətçilərin «Qarabağ klanı»ndan narazılığı aşkardır. Ancaq həmin siyasətçilər bu narazılığın məhz klanlararası mübarizə ilə əlaqəli olduğunu vurğulamırlar. Şərti adı Ermənistan klanı əbədiyyətə qədər «Qarabağ klanı»nın şıltaqlıqlarına görə kasıblıqda, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir. Qarabağdan Ermənistan gətirilən meyidlər də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Fizulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amilər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq Qarabağ klanı başda Serj Sərkisyan olmaqla əlindən gələn hər şeyi edəcək ki, iqtidar «yadların» nəzarətinə keçməsin. Buna baxmayaraq, Ermənistan klanı asanlıqla təslim də olmayacaq. Seçkidən bir gün sonra İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi etirazların baş verəcəyi istisna edilmir, silah səsləri də eşidiləcək.

Kreml Ermənistanda klanlarası mübarizədə kimə üstünlük verir?

Rusiya Qarabağ klanını dəstəkləyir. Ermənistan klanı Rusiya ilə yanaşı Qərblə də yaxınlaşmanın tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə də Kreml Levona Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa Serj Sərkisyan – Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Kremldə hər ikisini yaxşı tanıyırlar, Rusiyanın bütün istəklərini yerinə yetirirlər, digərlərinin isə Moskvanın əmrlərini yerinə yetirəcəyinə təminat yoxdur. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)