vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:54 | 28 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2408 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lapşin başımıza bəla olub»

Aleksandr Lukaşenko: «Onun vətəndaşı olduğu 3 ölkənin heç biri onunla bağlı iddia qaldırmadı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk nə Azərbaycanla nə də Ermənistanla mübahisə etmək niyyətində deyil. Bu barədə Belarus prezidenti Ermənistan səfiri Armen Xaçaturyanla görüşü zamanı bloqqer Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı sualları cavablandırarkən bildirib.

«Yadda saxlayın, Lapşın. Qulaq asın, Ermənistanın buna nə aidiyyəti var? Bəli, Ermənistan Lapşın haqqında mənə heç vaxt heç nə deməyib. Azərbaycan tərəfindən axtarış elan edilmişdi. Onu burada saxlayanda düşündüm ki, niyə burada saxlayıblar? Qoy istədiyi yerə çıxıb getsin. Açıq desək, öz başıma problem açdım.

İnterpol bilirdi. Biz qanuni şəkildə məlumat vermişdik. Biz onu kimə təhvil verməliydik? Barəsində axtarış elan olunan tərəfə. Onu da deyim ki, heç kəs onu aparmaq istəmirdi. O, üç ölkənin vətəndaşıdır. Bu ölkələrin heç biri onunla bağlı iddia qaldırmadı», - Lukaşenko qeyd edib.