vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
18:11 | 28 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2517 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vahid Ələkbərov «Lukoyl»u Türkiyəyə «köçürür»?

«Bizim zavodlar bu bazara istiqamətlənib»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Lukoyl» Rusiyadakı yanacaqdoldurma məntəqələrinin fazini bağlamaq haqqında planlarını açıqladığı bir vaxtda onun Türkiyə ilə bağlı yeni planları məlum olub.

Fins.az xəbər verir ki, Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən yanacaqdoldurma məntəqələrini satmağı düşündüyünü bəyan edən şirkət artıq Türkiyədə yeni YDM-lərin açılışına hazırlaşır.

Qeyd edək ki, «Lukoyl» Rusiyada 2 min 544 yanacaqdoldurma məntəqəsinə malikdir. Bu rəqəm Rusiyada ümumi YDM-lərin sayının 21%-ni təşkil edir. Ümumilikdə, şirkət yeddi regionda 700-dək yanacaqdoldurma biznesini bağlamaq niyyətindədir.

Eyni zamanda, «Lukoyl» Türkiyədə pərakəndə şəbəkəsini genişləndirmək niyyətindədir. Bu haqda şirkətin prezidenti Vahid Ələkbərov bildirib. İndi şirkət Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsinə (bazarının 5 faiz) sahiblik edir: «Biz neft emali zavodumuz olan Belçika və Hollandiyada iştirakımızı artırdıq, Balkanlarda çox güclü mövqeyə malikik, bundan başqa, Türkiyədə fəallığımızı artırmaq niyyətindəyik. Niyə məhz Türkiyə? Çünki bizim zavodlar bu bazara istiqamətlənib».