vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
18:05 | 30 mart 2017 | Cümə axşamı Məqaləyə 3028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmənin iki önəmli itkisi

Ermənistan ordusunun baş leytenantı və rekordsmen pulemyotçusu məhv edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.

Virtualaz.org xəbər verir ki, martın 27-də təmas xəttində baş leytenant, 27 yaşlı Qiorgi Adonyan öldürülüb. Məlumat sosial şəbəkələrdə «Azeri Patriots» adlı istifadəçi tərəfindən yayılıb. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim martın 27-də təmas xəttində itki verdikləri haqda heç bir informasiya verməyib. Həmin istifadəçi düşmən ordusunun ilin əvvəlindən bəri azı 19 hərbçi itirdiyini bildirir, onların ad-soyadlarını, hərbi rütbələrini göstərir. (Bu itkilərin əksəriyyəti barədə xəbərlər artıq yayılıb).

Xatırladaq ki, ötən gün martın 28-də də düşmən itki verib-təmas xəttinin Ağdam istiqamətində Artak Rafaelyan adlı erməni pulemyotçu vurulub. O, həm də aprel döyüşlərinin iştirakçısı və idmançı-rekordsmen olub.