vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
17:13 | 1 aprel 2017 | Şənbə Məqaləyə 2451 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk Milli hərəkatının ən böyük üstünlüyü

Bakı-Təbriz-Ankara siyasi-ideologiyası milli hərəkatımıza hakim olub

Yasəmən QARAQOYUNLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqazda xristian Erməni dövlətinin yaranması, İraq-Suriya-Türkiyə-Güney Azərbaycanın Urmuiya bölgəsi də daxil olmaqla burda Kürdüstanın yaradılması siyasətində Avro-Atlantik blokla, İran-Rusiya-Çin strateji müttəfiqlərinin siyasətləri üst-üstə düşməkdədir. Çünki bu ölkələr başa düşürlər ki, Avrasiyanın gələcək siyasi xəritəsini, yeni dünya düzənini yenə də təkrar edirəm məhz bir kıpırdanışla Türk milləti qurmaq potensialına malikdir. Bunu önləmək məqsədilə Türkiyəni parçalmaq, yeni savaşlara çəkmək planlaşdırılır. Çünki Türklük məfkurəsinin və Panturanizm ideyalarının təmsilçisi olan ölkə illərdən bəri Türkiyə olmuşdur.

Siyasi istiqlalını qorumaqla Türkiyə bu ideyaları bizə, əsir türk ellərinə ötürmək missiyasını yerinə yetirmişdir həm də. indi bütün Türk milləti Türkiyənin Ordusuna çevrilməlidir. Bütün Türk aydınları Türkçülük, Panturanizm ideyalarına sarılmalıdır və Yeni dünya düzəninin Türk millətinin maraqlarına uyğun qurulmasına nail olmalıdır. Əgər bu olmasa Türkiyəni savaşa sürükləyərək məhv edəcəklər, çünki həm Qərbin, həm Rusiyanın şüur altında belə bir baxış hakimdir ki, Türkiyə Bizans imperiyasını məğlub etmişdir. Tarixçilərə görə Bizansın iki varisi var. Rusiya-Bizansın Pravoslav dünyagörüşünü, Qərbi Avropa - kültür və incəsənətini (Ellinizmi) mənimsəmişdir. Tarix təhtəlşüurda qərarlaşaraq gələcək siyasi konsepsiyalarda və strategiyaların qurulmasında daim iştirak edir. Keçmiş gələcəyə yön verir. Diqqət edirsinizsə hazırda Suriyada Türkiyənin PKK-nın PYD qanadını vurması həm ABŞ-nı, həm İran və Rusiyanı narahat edir. Niyə, çünki Suriyada kürd dövlətinin qurulması ilə Türkiyə Suriya və İraq kürdüstanı ilə dövrələnəcək və Türkiyənin Kürdlər yaşayan əraziləri də bu Kürdüstana qatılmaqla əslində Böyük kürdüstan yaradılacaq və Türkiyə bölünəcək. Deməli biz buradan nə nəticə çıxarırıq. Həm ABŞ-AB öndərliyində qurulan Tək qütblü dünya düzəni, Həm İran-Çin-Rusiya öndərliyində qurulan çox qütblü dünya düzəni Türk millətinə qarşı müttəfiq kimi birləşə bilirlər. Və biz, Türk Dünyası olaraq heç bir alternativ proje ortalıga qoymuruq. Məsələn İraqdakı Kərkük Türkləri ilə Suriyadakı türkmənləin toplam sayı 5 milyondan çoxdur. O zaman nədən burda yeni bir Türk dövləti qurulmasın. Bu ideya medianın gündəmindən heç düşməməlidir məncə.

Türk Səfəvi-Afşar-Qacar dövlətlərinin varisi kimi hakimiyyəti ələ alaraq Iranı Turana çevirmək əsas şərtdir.

Başqa bir proje də ondan ibarətdir ki, Turk Səvəvi-Afşar-Qacar dövlətlərinin varisi kimi hakimiyyəti ələ alaraq Iranı Turana çevirmək mümkündür.

Buna görə də çıxış yolu Türk sivilizasiyasının gücləndirilməsi, türk hərbi-siyasi-strateji blokunun qurulmasına nail olmaq əsas hədəfimiz olmalıdır. Bu isə Güney Azərbaycanın istiqlalından asılıdır, hətta gərəkirsə siyasi şərtlərə uyğun olaraq Iranda fars millətinin ağaliğina son qoymaq, Türk millətinin Türk Səfəvi-Afşar-Qacar dövlətlərinin varisi kimi hakimiyyəti ələ alaraq Iranı Turana çevirmək şərtlərinə baglıdır.

Bakı-Təbriz-Ankara Türklük bilinci yüksəlməkdədir. Bakı-Təbriz-Ankara mərkəzli konfederativ dövlət qurmaq mümkündür.

Səfəvi imperatorlugunun qurulmasından sonra, son 400 ildə ilk dəfə şiə məzhəb düşüncəsinin fövqündə duran bir düşüncə, Bakı-Təbriz-Ankara mərkəzli siyasi-ideoloji dünyagörüşü milli hərəkatımıza hakim olub. Bu, Türk Milli hərəkatının ən böyük üstünlüyüdür. Bu təkcə Güney Azərbaycanda deyil, Türkiyə Türklərində də getdikcə yayılan bir düşüncədir. Bu eyni Iran-Aryan kültürünün daşıyıcıları olan fars müstəmləkəsinə, Kürd terrorizminə qarşı Türk birliyi məfkurəsidir. Türklük bilinci yüksəldikcə şiə-sünni məzhəbləri üstü bir baxış Türk toplumuna hakim olduqca, Bakı-Təbriz-Ankara siyasi-iqtisadi-hərbi birliyi də güclənəcək və bir gün gerçək olacaq. Gələcəkdə Baki-Təbriz-Ankara mərkəzli konfederativ bir dövlət belə qurmaq mümkündür. Ziya Gökalpın (Z.Gökalp «Türkçülüyün əsasları» əsərində bu birliyi Oğuz Birliyi adlandırmışdı) təbirincə desək, bir Oğuz Birliyi qurulacaqdır. Oğuz Birliyi isə süni-şiə məzhəb dünyagörüşlərini əsla qəbul etməyən, Türk məfkurəsinə sığınan bir birlik olacaqdır.

Hazirda, İran, Rusiya və Çin müttəfiqliyi güclənməsinə baxmayaraq, məhz Azərbaycan və Türkiyə türklərinin birgə əməkdaşlığı ilə öz mövqeyimizi beynəlxalq siyasətdə qoruya bilərik. Və bu Irandakı milli hərəkatımızı daha da gücləndirə bilər. Hətta Türkiyəni də bölünmələrdən xilas edə bilər. Hansı dünya düzəni qurulmasından asılı olmayaraq, bizim milli hərəkatımıza pozitiv təsir göstərə bilər.

Hazırkı vəziyyət Qərb və ABŞ-la strateji müttəfiqlikdən başqa yolumuz olmadığını bizə deyir. Ancaq müstəqil bütöv Azərbaycanın qurulması və ya İranda türklərin hakimiyyətə gəlməsində Avro-Atlantik blokun bizi dəstəkləyəcəyini demək mümkün deyil. Bir daha təkrar edirəm, çıxış yolu türk dövlətlərinin öz aralarındakı inteqrasiya prosesinə çox ciddi önəm verərək türk sivilizasiyasının qurulmasına çalışmaqdır. Bu da milli hərəkatımıza potensial dayaq və dəstək olardı.