vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
17:42 | 1 aprel 2017 | Şənbə Məqaləyə 1269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türk dilində telekanal açmağa çalışırıq...»

Urmiyalı millət vəkilindən şad xəbərlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri fəaliyyəti müddətində hansı mövzular üzərində işlədiyi barədə açıqlama verib. İran mətbuatında yayılan məlumata görə, millət vəkili parlamentdə gündəmə gətirdiyi 75 mövzudan bir neçəsini sadalayıb.

«Ən əsas mövzulardan biri Urmiya-Təbriz arasında Urmiya gölü körpüsü üzərindən sürətli qatar xəttinin çəkilməsi məsələsidir. Artıq cari ilin büdcə layihəsində bu layihənin araşdırılırılması məsələsinə yer verilib. 

Digər önəmli məsələ Urmiyanın xüsusi iqtisadi məntəqə elan olunmasıdır. Bu istiqamətdə çoxlu cəhdlər edilib, hesab edirəm ki, layihə yaxın gələcəkdə Azad Ticarət Məntəqələri Katibliyində təsdiqlənib və icra olunacaq.

Əhəmiyyətli mövzulardan biri də Urmiya-Marağa dəmir yolu xəttinin istifadəyə verilməsi məsələsidir. Layihənin icrası uzun illərdir ləngiyir, lakin ötən il işlərin yekunlaşması üçün 170 milyard tüməndən çox əlavə vəsait ayrıldı. Hazırda dəmir yolu xəttinin inşası davam edir və yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir.

Urmiyədə havanın çirkli olmasını nəzərə aldıqda, avtonəqliyyat vasitələrinin yanacaq məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Çalışırıq ki, Urmiya da Tehran kimi, «Avro 4» standartına keçsin. Bu istiqamətdə cəhdlərimiz davam edir.

Önəmli məsələlərdən biri də türk dilində telekanalın açılmasıdır. Ötənilki səylərimizin nəticəsi olaraq, cari ilin büdcə layihəsində Qərbi Azərbaycan Vilayətinin inkişafı üçün xüsusi vəsait nəzərdə tutulduğu kimi, türkcə kanalın açılmasına da eyni işlər görülməlidir, biz buna çalışırıq», - deyə Hadi Bahaduri bildirib.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı millət vəkili fevral ayında parlamentin trubunasından türk dilində telekanalın açılmasını tələb etmişdir.