vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
20:07 | 3 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ter-Petrosyandan Qarabağ xəbərdarlığı

Eks prezident seçkiyə qiymət verdi: «Seçkilərdən başqa nəticə gözləmək siyasi savadsızlıq olardı»

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bunu Ermənistanın birinci prezidenti, «Konqres- EXP» blokunun rəhbəri Levon Ter-Petrosyan 2 aprel parlament seçkilərini şərh edərkən deyib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki,

«Bizə onu gözləmək qalır ki, Ermənistan Respublikaçılar partiyası, «Çiçəklənən Ermənistan», «Daşnaksütyun» partiyası və «Çıxış» bloku pələng tullanışı ilə Ermənistanın iqtisadiyyatını hansı yolla inkişaf etdirəcək, çoxmilyardlı investisiya axını ilə təmin edəcək, erməni ordusunu gücləndirəcək, artan emmiqrasiyanı dayandıracaq və ən ciddi məsələni, xalqımızın qarşısında duran Qarabağ münaqişəsini həll edəcək»-deyə, Ter-Petrosyan bildirib.

Keçmiş prezidentin dediyinə görə, rəhbərlik etdiyi blok seçki prosesində Qarabağ məsələsinin tənzimlənməsi yollarını Ermənistan gündəminin ən aktual məsələsinə çevirməyə nail olub, hətta bunu onun oppanentləri də inkiar etmir. Eks-prezident qısa müddətdə blok tərəfindən «Sülh, barışıq, mehriban qonşuluq» şüarı ətrafında kütləviliyin təmin olunmasını da xatırladıb və deyib ki, bunun özü də inkişaf idi. Onun sözlərinə görə, burada yalnız bir məqsəd olub: Ermənistanda və Qarabağda artan kasıblığın və fəlakətin qarşısını almaq. «Burada başqa məqsəd yoxdur. Əgər parlamentdə təmsil olunan qüvvələr bu bəlanın qarşısını Qarabağın varlığı şəraitində, bir qarış torpaq güzəşti olmadan almağa nail olarsa, biz onlara yalnız təşəkkür edəcəyik»-Milli Konqresin lideri deyib.

Ancaq onu da əlavə edib ki, sülh indi lazımdır, sonrakı fəlakətlərdən və mənasız itkilərdən sonra yox. Ter-Petrosyan prlamentdəki bölüşdürən yeni tərkibə də xəbərdarlıq edib. Deyib ki, bundan sonra axan hər əsgərin qanı, sərhəddəki ölümlərin məsuliyyəti parlamentdə təmsil olunan siyasi qüvvələrin vicdanına yazılacaq.