vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
16:15 | 20 noyabr 2013 | Çərşənbə Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəliyevdən Abutalıbova dərs

İcra başçısı Gəncəyə tramvay xətti və velosiped yolu çəkdirir

qafqazinfo.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəncədə Şəhər İcra Hakimiyyətində çəkiləcək tramvay xətlərinin ictimaiyyətə təqdimat mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Fransada fəaliyyət göstərən NEWTL şirkətinin kommersiya direktoru Jan Fğansuq Ağjans, şirkətin region üzrə kommersiya direktoru Anna Samsonova, beynəlxalq layihələr üzrə kommersiya direktoru Lorant Ozel, layihələrin yekunları üzrə direktoru Paskal Gessat və Gəncə şəhər ictimaiyyətinin ziyalıları iştirak ediblər. Tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıq elan edərək qonaqları şəhərdə görməkdən məmnunluq duyduğunu bildirib.

Daha sonra xarici qonaqlar mövzu ətrafında öz fikirlərini ifadə ediblər. Tədbir boyu çıxış edən natiqlər layihə haqda ictimaiyyətə məlumat veriblər. Onlar tramvay yolunun Gəncənin dörd istiqamətini əhatə edəcəyini, 3 tramvay marşrut xəttinin işə salınacağını və ilk olaraq tramvay xəttinin 15 kilometr uzunluğunda olacağını bildiriblər.
Tədbirin sonunda tramvay yolunun çəkilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti və NEWTL şirkəti arasında  memorandum imzalanıb.
Qeyd edək ki, şəhərdə fəaliyyət göstərəcək tramvayın hərəkət etdiyi marşrut üzrə 12 dayanacaq quraşdırılacaq. Hər dayanacaqda gəlib-getmə qrafiki elektron tabloda əks olunacaq. Təcili Tibbi Yardım Xəstəxanasından dəmiryol vağzalına qədər olacaq  tramvay marşrutu üzrə velosiped yolları da inşa olunacaq.