vaxtlı-vaxtında oxuyun! Cümə, 19 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REPORTYOR  
19:33 | 9 aprel 2017 | Bazar Məqaləyə 2560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

14 min manata İran xurması

Oliqarxlar «kasıblayıb», Bakıda bahalı ağacları alan yoxdur…

Ülviyyə XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Yazın gəlişi həm də yaşıllaşdırma, ağac əkmək, bağ salmaq, Bakıda isə şəhərətrafı villaların həyətlərinə yaraşıq verən cürbəcür ağacların, o cümlədən xaricdən gətirilən ekzotik meyvə və bəzək ağaclarının əkilməsi dövrüdür. Elə buna görə də, mart-aprel aylarında ağac tingləri və bitki növlərinin topdan və pərakəndə satış məntəqələrində canlanma başlayır. Lakin belə görünür ki, iqtisadi vəziyyət bu sahədən də yan keçməyib - neft bumu dövründə Bakı zənginləri dəyəri minlərlə manatdan on minlərlə manata qədər çatan cürbəcür ağaclar əkirdisə hazırda belə ağaclara tələbat kəskin azalıb.

Belə ki, dolların manata nisbətən bahalaşmasından sonra xaricdən ağac tingləri və bitki növlərinin gətirilməsi azalıb. Hazırda isə daha çox yerli, ucuz ağac növlərinə təlabat var.

Bunu virtualaz.org saytının əməkdaşları ilə söhbətində satıcılar da təsdiqləyib. Sayt əməkdaşlarının topdansatış məntəqələrində apardığı müşahidələrə əsasən, xaricdən gətirilən ağac və bitkilərin alıcıları azalıb.

Zabratda yerləşən ağac tinglərinin topdan və pərakəndə satış məntəqəsində İtaliya, İspaniya və Türkiyədən gətirilən ağac tingləri satılır. Ən bahalı ağac isə İran xurmasıdır. Satıcı Elsəver Ağayev deyir ki, Zabratdakı villaların birinə İran xurması ağacı satıblar, ağac bu il bar verib. «Hazırda İran xurması ağacının qiyməti 14 min manatdır. Çünki bu ağac çox nadir və qiymətlidir. Son 2 ildə isə bu cür bahalı ağac sata bilməmişik», - E.Ağayev söyləyir.

İran xurması ağacı xüsusi qulluq tələb edir. Satıcı deyir ki, qışda ağacı don vurmamaq üçün xüsusi temperaturda saxlayan cihazlardan, dərmanlardan istifadə edilir. Bu isə qiymətlərə təsir edir. Amma alıcı olarsa, ağacın qiymətini endirmək mümkündür. İtaliyadan gətirilən ağ şam isə 3500 manata satılır. Son 2-3 ildə bu ağacın da alıcısı yoxdur. Satıcı deyir ki, əvvəllər villa sahiblərinin əksəriyyəti bir-biri ilə rəqabət aparırdı, 5-6 ağ şam, ardıc, palma əkməyənin həyəti gözəl hesab edilmirdi. İndi isə bu ağaclardan alan yoxdur. Ağ şam da baxım tələb edir. Ardıc isə daha çox Rusiyada olur. Amma Rusiya bu ağacın satışı ilə məşğul olmur, Azərbaycana bu ağaclar əsasən İtaliyadan gətirilir. Ötən il gətirilən kameliya ağacı isə hazırda 800 manata satılır.

Elsevər Ağayevin sözlərinə görə, avro bahalaşandan sonra İtaliyada bu ağacın qiyməti 900-1000 manatadək qalxıb. Üstəlik, ağacların daşınması, ölkəyə gətirilməsi əlavə xərc tələb edir. Buna görə də, daha kameliya gətirmək sərf etmir. «Kalian ağacının qiyməti 350 manatdan 500 manatadəkdir. Fortuniya hazırda satışda 700 manatadır. Bu il isə İtaliyada fortuniya 850 manata təklif edilir. Ağac tingləri, bitkilər gəmi vasitəsilə Türkiyəyə, oradan isə tırlarla Azərbaycana daşınır. Buna görə də, bu ağacın qiyməti gələn mövsüm baha olacaq», - satıcı əlavə edir.


Daha palma alan yoxdur, zeytun isə…


Zabratdan Məhəmmədi kəndinə qədər yol kənarında palma ağaclarının satışına rast gəlirik. Bəzi məntəqələrdə palma ağaclarının quruduğu da görünür. Satıcı Həsən Məmmədov deyir ki, palma ağaclarının qiyməti 150 manatdan başlayır. Amma satışda 3000 manatlıq palma da var: «Bu il bir dənə də olsa palma sata bilməmişik. Halbuki əvvəl bu ağaclardan mövsümdə 10-15-ini satırdıq. Çoxları palmanın vaxtından tez quruduğunu deyirlər. Ağaclar qulluq, zəhmət tələb edir».

Satışda 2000-2500 manata zeytun ağacları da var. Zeytun ağacları əsasən Türkiyədən gətirilir və yerli mühitə tez uyğunlaşdırılır. Amma zeytun ağaclarının satışı da zəifləyib.

Bu ildən İrandan ağac gətirənlərin sayı azalıb. Satıcılar deyirlər ki, İrandan gətirilən ağaclar mühitə uyğunlaşmır, bundan əlavə, baha başa gələn İran ağaclarındansa yerli ağac tingləri daha sərfəlidir. Üstəlik, indi bağ sahibləri daha çox yerli küknar və meyvə ağacları sifariş verirlər. Villa sahibləri belə bahalı ağaclardan imtina edirlər.


Bərdə küknarı, Masallı söyüdü…


Bəs yerli ağac tingləri neçəyə başa gəlir? Beləliklə, qiymətləri təqdim edirik.

Yerli küknar ağacları daha çox Bərdədən gətirilir. Hazırda 3 manatdan 25 manatadək yolka tingləri satılır.


Masallıdan gətirilən söyüd tingləri - 25-50 manat

Yasəmən - 30-100 manat

Qızılgül – 5-10 manat

Şam ağacı – 3-10 manat

Eldar şamı – 10-15 manat

Limon – 25-40 manat

Şaftalı - 3-5 manat

Nar - 5-7 manat

Tut - 4-5 manat

Armud - 3-5 manat

Alça - 10-25 manat


Məhəmmədi kəndindəki ağac tingləri satış məntəqəsinin satıcısı Nurlan deyir ki, meyvə ağacları ucuzlaşıb: «Bu il söyüd və meyvə ağaclarına təlabat var. Meyvə ağacları əsasən Bərdə, Quba, Zaqatala və Bakı kəndlərindən gətirilir. Alıcılar daha çox şaftalı, nar və alma ağaclarına üstünlük verirlər».

Digər satıcılar kimi Nurlan da alıcı qıtlığından şikayətçidir. Amma alıcıların şikayətçi olduğu daha bir məsələ də var. Əksər ərazilərdə nəzarətçilər olsa da, gecələr ağaclar oğurlanır. Satıcılar deyirlər ki, nə sirrdirsə, daha çox 3-5 manatlıq meyvə ağacları yoxa çıxır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *