vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
22:17 | 9 aprel 2017 | Bazar Məqaləyə 1091 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dünya jandarmı» Trampın simasında səhnəyə geri döndü

Qərb mətbuatı Amerikanın Suriyada atdığı addımları belə qiymətləndirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dünya jandarmı» Trampın simasında geri döndü. Bu adam «Amerika hər şeydən öndə gəlir» sözlərini söyləmişdi», İtaliyanın «La Reppublica» qəzetinin yazarı Vittorio Dzukkoni yazır.

«İndi bir sual yaranır. Vladimir Putin Trampın atdığı 59 idarə olunan «Tomahavk» raketinə nəylə cavab verəcək. Bu yaylım atəşi ilk növbədə Putinə və onun Yaxın Şərqdəki baş vassalı Bəşər Əsədə tuşlanıb.

«Yəqin ki, Moskva raketlərin hədəfinin rus hərbçiləri olmadığı ilə bağlı qabaqcadan xəbərdarlıq edilib. Lakin aydın məsələdir ki, siyasi hədəf Əsədi bu vaxta qədər ayaqda tutan lord-protektorun özüdür», - müəllif qeyd edir.

«Əgər Trampın bu addımı Putin tərəfindən hərbi planda dağıdıcılıqdan daha çox teatr xarakteri daşıdığı, yəni prezidentin ABŞ cəmiyyətinə özünü göstərmək istəyi olaraq başa düşülsə, Moskvanın da cavabı ritorikadan o yana getməyəcək», - müəllif belə düşünr.

«The Washington Post» ABŞ-ın hava zərbələrinin rus hərbçilərinə də tuş gələ bilmə ehtimalı ilə bağlı olaraq, indi əsas problemin nə olacağı sualını verir.

İstefada olan general Con Allen qəzetə bildirib ki, ABŞ bu hava zərbələrini əslində 2013-cü ildə həyata keçirməli idi. General həmin vaxt həlledici olacaq bu addımın indi daha mürəkkəb dövrə təsadüf etdiyini qeyd edib.

Ekspertin fikrincə, Tramp zərbələrinin əsas hədəfinin Suriyadakı rejimi kimyəvi hücuma görə cəzalandırmaq niyyəti daşıdığına rusları inandıra bilsə, daha təhlükəli risklərdən qaçmaq mümkün ola bilər.

Bir sıra ekspertlərin fikrincə, son hava zərbələri ABŞ-ın Rusiya ilə Suriyaya dair danışıqlarda mövqelərini daha gücləndirə və ölkədəki vətəndaş müharibəsinə son qoya bilər», - qəzet yazıb.

«Tramp öncə alovlar içində olan Şərqə olduqca sadə ideyalarla yanaşmışdı», - Fransada çıxan «Le Figaro» yazır.

«Suriyada o, Rusiya ilə rolları belə bölüşdürməyi düşünürdü. Hətta aralarındakı sazişi möhkəmləndirmək məqsədilə Vaşinqton bir neçə gün öncə Əsədin gedişinin onlar üçün prioritet olmadığını açıqlamışdı.

Lakin görünür, Əsəd Donald Trampın bu jestinə özünəməxsus şəkildə «minntədarlığını» bildirdi. Tramp isə sazişlərin pozulmasından xoşlanan adam deyil. Kimyəvi zəhərlənmədən işgəncə işində ölən uşaqları göstərən kadrlar isə onun hiddətini daha da artıtıb. İndi ABŞ Suriyada Rusiyaya qarşı səsini daha yuxarıdan qaldırmağa və Moskvanı özünə hörmət qoymağa vadar etməyə məcburdur», - məqalədə yazılıb.

ABŞ-ın Politico saytının yazarı Bleyk Haunşell seçkiqabağı «sülhsevər» Trampın indi «müharibə prezidenti»nə çevrildiyini yazır.

Qəzet ABŞ ordusunun Suriya, Yəmən, İraq və hətta Somalidə xüsusi hərbi əməliyyatlara qarışdığını qeyd edir.

«Heç kim bu adamın ABŞ-a girişinə qadağan qoymaq istədiyi suriyalıların intiqamını almaqdan ötrü hərbi kampaniya apara biləcəyinə inanmırdı. Lakin Tramp gözlənilməz olmağı sevir», - müəllif yazır.

Almaniyanın Der Spiegel qəzetinin siyasi icmalçısı Kristof Züdof isə ABŞ-ın Suriyanın Şayrat bazasına endirdiyi 59 «Tomahavk» raketinin Suriyada müdaxiləyə gətirib çıxarmayacağını düşünür.

Alman icmalçı Trampın sadəcə Bəşər Əsədə kimyəvi silah tətbiq etməsinə görə qulaqburması verməklə kifayətlənəcəyi və əslində bunun Rusiya tərəfi üçün də məqbul olduğu fikrində olduğunu qeyd edib.

«Beləliklə, amerikalıların əsas hədəfi Suriya ordusunun döyüş qabiliyyətinin azaldılması deyil, sadəcə onun infrastrukturunun məhv edilməsindən ibarətdir. Görünür, bu cür aviazərbələr Rusiya prezidenti Vladimir Putin üçün də məqbul sayılır», - müəllif belə bir nəticəyə gəlib.