vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
22:21 | 9 aprel 2017 | Bazar Məqaləyə 2721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sürücülərə şad xəbər

Bakının bu küçəsi bu gecədən açılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxtın əsas işlək yollarından olan və bir neçə müddətdir ki, təmirə görə bağlanan Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq.

Xezerxeber.az bildirir ki, bu yolun bağlanması nəqliyyatın hərəkətində müəyyən problemlərə səbəb olmuş və tıxaclar yaranmışdı. Yolda aparılan genişləndirmə işləri ilə burada artıq nəqliyyat vasitələri daha rahat hərəkət edəcək.

Yolun Neftçilər prospektindən Heydər Əliyev Mərkəzi istiqamətinə gedən hissəsi genişləndirildikdən sonra digər hissəsi də təmirə bağlanmışdı. Artıq həmin hissədə də işlər yekunlaşmaq üzrədir.

Bununla bərabər yolun genişləndirilmiş hissəsidə də təmir işləri aparılıb. Həmin ərazidə yeni asfalt örtüyü çəkilib.

Yolun təmiri başa çatdıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlıqında yeni yerüstü piyada keçidinin salınması da nəzərdə tutulur.