vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:34 | 12 aprel 2017 | Çərşənbə Məqaləyə 1883 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin Əsədi satarmı, satmazmı?

«Rusiya prezidentinə geri şəkilməsi üçün ayaqlarının altına qızıldan körpü çəkmək lazımdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Suriyada əzələ nümayiş etdirməsi uzun müddətdir hər yerdə at oynadan, lakin qarşısında müqavimətə rast gəlməyən Rusiya üçün bir qədər gözlənilməz oldu. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, siyasi ekspertlər Rusiyanın son raket zərbələrindən , habelə Tillersonun ultimatumundan özü üçün hansı nəticələr çıxaracağını maraqla izləyirlər.

«Putin hələ də başı daxili problemlərə qarışan, xarici siyasəti isə ikinci plana atan Amerika ilə balans tapmağa çalışır», - İsveçrənin «Tagesanzeiger» qəzetinin icmalçısı Sita Affentranger yazır.

«Nəticə etibarilə Kreml Tramp Amerikasının dünyanın hər yerində, o cümlədən Ukrayna və Suriyada jandarm rolunu oynamayacağına, böyük ümidlər bəsləyir. Rusiya isə baş rollardan birini oynamaq istədiyi yeni dünya düzənini qurmağı arzulayır», - müəllif qeyd edib.

«Şərq və Qərb arasındakı münasibətləri duman örtüb»,- Britaniyanın «The Times» qəzeti yazır- «Rusiya vassalı Bəşər Əsədlə bağlı ABŞ-ın utlimatumuna müharibə ilə cavab verəcəyi barədə xəbərdarlıq edir».

Qəzetin yazdığına görə, Moskva Əsədin baş müdafiəçisi olaraq bu müharibə canisinə saatının yetişdiyini elan etməyi də öz üzərinə götürməlidir.

«Yəqin ki, Rusiya prezidenti də artıq Əsədə alternativ arayışına girməyin vacibliyini anlayır. Putinin bu dünyada başa düşdüyü tək şey onun öz şəxsi maraqlarıdır», - məqalədə yazılıb.

«The Times»ın digər icmalçısı, vaxtilə Britaniya baş naziri Devid Kemeronun mətn yazarı olan Kler Foqts böyük 7-liyin və Tillersonun Kremllə ultimatum dilində danışmasını tənqid edib.

«Bu cür yanaşma tərzi ayının qabağında qolaylanmağa bənzəyir. Putini təhdid və qorxutmaqla güzəştə getməyi tələb edirlər.

Lakin Avropa liderləri Rusiyanın özü demək olan bu insanın xarakterini nəzərə almırlar», - Foqts yazır:

«Alçaldılma, qürur və statusu ilə bağlı keçirdiyi daxili iztirab -bunlar Putin hekayəsinin ana mövzularıdır. Bu adam öz kiçik boyuna görə yoldaşlarından geri qaldığı üçün, sürüdə layiqli yer tutmaqdan ötrü dzü-do ilə məşğul olub. Putinin bütün macəraları rəhbər statusunun təsbit edilməsi və möhkəmləndirilməsi üzərində qurulub.

«Əgər həyatda tək seçimi ya alçaldıcı güzəşt, ya da daha qatı düşmənçilik olan bir insanı küncə sıxışdırsanız, o, bunlardan hansını seçəcək», -müəllif sual edir.

Yazarın fikrincə, Rusiya liderini öz simasını saxlaya bilməsinə yarayacaq təkliflər vermək daha uğurlu ola bilər.

Foqts bu fikrini məşhur Çin strateqi Sun-Tszıdan gətirdiyi sitatla möhkəmlədir: «Düşmənə geri çəkilmək üçün ona qızıldan körpü düzəltmək lazımdır».

«Əks təqdirdə, əgər Putin alçaldıcı geri çəkilmə və ya Qərblə gərginliyin eskalasiyası seçimi qarşısında qoyulsa, mən onun hansı seçimi edəcəyini təxmin etməkdən belə qorxuram», - müəllif sözlərini yekunlaşdırıb.

Almaniyanın «Bild» qəzeti də ABŞ-ın raket zərbələrindən sonra Rusiya və İranın daha da aqressiv olacağını təxmin edir.

«Putin heç vaxt Əsədi təslim etməz. Suriya onun bu regiondakı son qalasıdır», - məqalə müəllifi, Yaxın Şərq üzrə ekspert Antonia Rados yazır.

«Avropanın bir sıra liderləri, o cümlədən Almaniyada Angela Merkelin əsas rəqibi Martin Şults ABŞ və Rusiya arasında açıq konfrontasiyanın yaranmasını arzulamırlar», - Almaniyanın «Focus» qəzetinin icmalçısı Yozef Hausner qeyd edir.

Müəllifin fikrincə, ABŞ-ın Suriyadakı fəaliyyətini gücləndirməsi Rusiyanı Əsəd rejiminə daha da sarılmağa vadar edəcək.

Amerikanın «Atlantic Council» strateji araşdırmalar təşkilatının ekspertləri, Müdafiə Nazirliyi və Dövlət Departamentinin keçmiş əməkdaşları Edvard Frişmen və Mark Simakovki «USA Today» qəzetinə yazdıqları məqalədə daha qəti mövqe sərgilməyin tərəfdarı olduqlarını bildiriblər.

«ABŞ-ın Rusiyaya yönəlik siyasəti həmişə «mümkün yerdə əməkdaşlıq, zəruri hesab edildiyi yerlədə münaqişə» prinsipi üzərində qurulub. 

Tillerson bu köhnəlmiş klişedən kənara çıxmalıdır. O, biznesdə, podratçılar qarşısında qoyulan tələb kimi Moskva qarşısında da əməkdaşlıq üçün zəruri olan meyarlara cavab verməsi tələbini qoymalıdır. ABŞ, «İnan, amma yoxla» əvəzinə, «inanma, lakin təkrar, təkrar yoxla» prinsipini rəhbər tumalıdır. Tillerson Trampı ruslarla gəlinəcək hər hansı razılaşmadan çəkindirməlidir», - məqalə müəllifləri qeyd edib.