vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:24 | 12 aprel 2017 | Çərşənbə Məqaləyə 2651 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski «fəxri ağsaqqal» elan olundu

Amma Rusiyada yox, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin başçılıq etdiyi nümayəndə heyəti Türkmənistana səfər edib.

Virtualaz.org xəbər verir ki, bu səfər zamanı Jirinovskiyə Türkmənistann «fəxri ağsaqqalı» adı verilib. Bu haqda «Parlamentskaya qazeta» yazır. Jirinovskiyə «fəxri ağsaqqal» adı verilməsi haqda Dövlət Dumasının idman və bədən tərbiyəsi komitəsinin rəhbəri Mixail Deqtyarov məlumat verib.

Deputat deyib ki, hər gün KİV-lərdə qərb xadimləri Qərbdən nümunə götürməyə çağırırlar. Ancaq LDPR liderinin çoxdan çağırdığı kimi «üzünü Cənuba döndərməyin» vaxtı çatıb. Qəzet xatırladır ki, son bir ildə Jirinovski Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri ilə görüşüb.

Deqtyarovun bildirdiyinə görə, səfər zamanı «türkmənbaşı» Berdımuhammedov Jirinovskiyə türkmən xalqının fəxri ağsaqqalı adı verib, bu da Türkmənistan tərəfdən LDPR liderinə olan hörmətin nümayişidir. Deputat qeyd edib ki, Şərqdə Qərbə nisbətən tolerantlıq anlayışı fərqlidir. «Orada gərək hörməti özün qazanasan, Vladimir Jirinovski də buna nail olub»-LDPR-dən deputat bildirib.