vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
23:50 | 12 aprel 2017 | Çərşənbə Məqaləyə 2999 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zərbə» ermənilərin növbəti kabusu

Azərbaycan kumulyativ başlıqlı PUA-lar buraxacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Sənayesi Nazirliyi «Zərbə KH» (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının (PUA) yaradılması istiqamətində işlərə başlayıb. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.

«Hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan «Zərbə KH» (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb», - deyə nazir Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Y.Camalovun sözlərinə görə, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. «Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq», - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. «Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb», - deyə o əlavə edib.