vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:39 | 13 aprel 2017 | Cümə axşamı Məqaləyə 1968 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yenə Suriya, yenə kimyəvi silah və... yüzlərlə ölü?

Əsəd qüvvələri bəyanat yayadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dəqiqələrdə Suriya ordusunun Baş qərargahı xüsusi bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Deyr-əz-Zr əyalətində İŞİD-in nəzarətində olan kimyəvi silah anbarına aviazərbələr endirib. Nəticədə yüzlərlə adam, o cümlədən mülki sakinlər ölüb. Aviazərbələrin Deyr-əz-Zor əyalətinin Calta rayonuna endirildiyi iddia edilir. Lakin bu məlumat hələlik müstəqil mənbələr tərəfindən doğrulanmayıb.

Bundan əvvəl Suriya rejimi İdlib əyalətində üsyançıların nəzarətində olan Xan Şeyxun qəsəbəsinə kimyəvi silah hücumu həyata keçirib. Nəticədə azyaşlılar da daxil olmaqla 100-dən çox adam həlak olub. Buna cavab olaraq ABŞ Suriya ordusunun aviabazasına «Tomoqavk» zərbələri endirib.