vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
16:58 | 13 aprel 2017 | Cümə axşamı Məqaləyə 1891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krımda gərginlik

Bağçasarayda axtarışlar və həbslər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarında Rusiya tərəfindən işğal edilən Krım yarımadasında gərgin anlar yaşanıb. Belə ki, Rusiya Milli Qvardiyası və Federal Təhlükəsizlik Xidmətinın əməkdaşları yarımadanın Bağçasaray şəhərindəki Krım tatarlarının mənzillərinə basqın edib, axtarış aparıblar.

Krım Tatar Məclisinin sədri Refat Çubarovun şəxsi profilində də yayılmış xəbərlərdə deyilir ki, rus silahlıları 6 və 7-ci mikrorayonlarda yaşayan Krım tatarları Seydamet Mustafayev və Riza Mujdabayevin evinə soxulub. Rəsmi qurumlar axtarışın məqsədi barədə izahat verməyib. Məlumata görə, axtarış prosesində ərazi tam nəzarətə götürülüb, giriş-çıxış məhdudlaşdırılıb.

Axtarışın gedişində güc tətbiqinə də yol verilib. Belə ki, Krım tatarlarının nümayəndəsi dəyənək zərbəsindən huşunu itirib. Şahidlər atəş açıldığını xəbər verir. Axtarişda olanları müdafiə üçün gələn 3 Krım tatarı saxlanılıb. Onları maşına basıb polis bölməsinə aparıblar. Hadisə yerinə «OMON» və Rusiya Milli Qvardiyasının şəxsi heyəti gətirilib. Lakin o da bildirilir ki, bundan əvvəl Krımdakı Rusiya qüvvələri belə təcrübədən istifadə etməyiblər.

Lutfi Zidievanın yaydığı son məlumata görə artıq 4 nəfər həbs olunub. Onlar Mustafa və Şefqet Abdurahmanov (ata-oğul), İskəndər Mehmetov (siyasi məhbus Remzi Mehmetovun oğlu), Remzi Zudiyevdir. Döyülmüş Krım tatarı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.