«Bakıdan öyrənə biləcəyimiz çox şey var»
Vitali Kliçko: «Bu əlaqələrinin daha sıx olması çox vacibdir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
«Bakıdan öyrənə biləcəyimiz, beynəlxalq tədbirlərin keçirilməsi baxımından əldə edilmiş müsbət təcrübədən istifadə etmək üçün çox şey var». «Report» xəbər verir ki, bunu Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün baş tutan görüşü şərh edən V.Kliçko Kiyev və Bakı arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib.
«Biznes əlaqələrini - Bakıda Ukrayna mağazalarının açılışını və Ukraynanın enerji bazarında liderlərdən biri olan SOCAR yanacaqdoldurma şəbəkəsinin inkişafını müzakirə etdik. İstiqamətlər barədə müzakirələr apardıq. Səylərimizi birləşdirməli olduğumuz əsas problemləri müəyyənləşdirdik», - o deyib.
«Bu əlaqələrinin daha sıx olması çox vacibdir», - Kliçko vurğulayıb. O, biznes, mədəni əlaqələrin, idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
O, Bakının bundan əvvəl «Eurovision» mahnı müsabiqəsi kimi yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etdiyini xatırladıb və bu təcrübənin Kiyev üçün faydalı ola biləcəyini qeyd edib.
Kiyev meri Bakıda keçirilən Şopinq festivalını şərh edərkən belə tədbirlərin insanlara daha geniş imkanlar verəcəyini bildirib: «Bu, şəhərin, o cümlədən turizm potensialının inkişafına təkan olacaq».
Həmçinin Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovu may ayında «Eurovision-2017» mahnı müsabiqəsinin keçiriləcəyi Kiyev şəhərini ziyarət etməyə dəvət edib.
«Paytaxtlarımız arasında əməkdaşlıqda mövcud olan potensialın tam istifadə edilmədiyindən əminəm. Biz başlanğıc nöqtələrdəyik, əməkdaşlığımızı həm biznesdə, həm mədəniyyətdə, həm idmanda reallaşdırmaq lazımdır. Vəzifəmiz bu potensialı reallaşdırmaqdır», - Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı bildirib.