vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
İZDİHAM  
20:22 | 13 aprel 2017 | Cümə axşamı Məqaləyə 328 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təxribatçılar fürsət axtarır

Radikalın təriqəti yox, məqsədi olur

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Din alverçiləri

Təbii ki, yaradılan komissiyanın rəyi əsasında məscidlə bağlı qərar veriləcək. Amma məsələ ətrafında yaradılan süni ajiotaj onu göstərir ki, bunu siyasiləşdirərək təxribat törətmək istəyən inanclı insanlarla dövləti qarşı-qarşıya qoymaq istəyən qüvvələr var. Məsciddə fəaliyyət göstərən icma rəhbərləri də ötən gün həmin ərazidə hay küy salan adamları tanımadıqlarını deyiblər.

Söhbət «Sovetski» adlanan ərazidə yerləşən bu «Hacı Cavad» məscidindən gedir. Tikilinin texniki vəziyyəti və görünüşü ilə bağlı nəsə demək yəqin ki artıqdır.

Ötən əsrin əvvəllərindən inşa olunan bu tikili kiçik məhəllə məscidi kimi fəaliyyət göstərsə də, dini icma kimi qeydiyyatdan keçməyib. Üstəlik bina memarlıq standartları və tarixi görünüşü nəzərə alınmadan bir neçə dəfə təmir olunub.

Ətrafda isə geniş miqyaslı işlər gedir. Paytaxtın müasir mədəni simasına xələl gətirən gecəqondu tipli tikililər sökülür. Burada böyük abadlıq işləri görüləcək və paytaxtın ən gözəl parklarından biri salınacaq.

Amma bir qrup dırnağarası təəssübkeş ortaya çıxıb, bu binanın sökülməsinə müqavimət göstərərək məsələni siyasiləşdirməyə cəhd edir.

Maraqlıdır, müasir parkın mərkəzində bu cür tikilini görmək istəyi hansı təxəyyülün məhsuludur. Bu addımı heç cür dini təəssübkeşlik, inanclı insanların ibadət ehtiyacı ilə də izah etmək olmaz. Çünki, yaxınlıqda paytaxtın ən böyük və qədim məscidlərindən biri olan «Təzəpir», habelə «İmam Hüseyn», «Qasım bəy», «Hacı Sultanəli» və «Xanım Zəhra» məscidləri fəaliyyət göstərir.

Bu hadisədən istifadə edib təxribat törətmək istəyən qüvvələrin olduğunu elə buradakı icmanın rəhbərləri də etiraf edib. Belə ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində icma nümayəndələri ilə görüş keçirilib.

Məlumata görə, məscidlə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma «Müsəlman Birliyi Hərəkatı»nın təəssübkeşləridir.

Görünən odur ki, bu təxribatçılar ölkədə iğtişaş yaratmaq vətəndaşları xüsusi ilə də inanclı insanları dövlətdən narazı salmaq istəyirlər.

Xaricdən qidalanan bu təxribatçı qüvvələrin məhz İslam Həmrəyliyi Oyunları ərəfəsini seçməsi də təsadüfi deyil. Onlar bu taktikadan Avropa Oyunları, «Eurovision» mahnı müsabiqəsi ərəfəsində də istifadə ediblər. Amma təcrübə göstərir ki, o vaxt da istəklərinə çatmayan bu qüvvələrin niyyətləri yenə baş tutmayacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *