vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ŞOU BİZNES  
23:56 | 13 aprel 2017 | Cümə axşamı Məqaləyə 2464 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunun üçün əlimizdən gələni etdik»

Rusiya «Eurovision-2017»dən kənarda qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Yayım İttifaqı (European Broadcasting Union - EBU) rəsmi şəkildə Rusiyanın «Eurovision-2017» mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. «RİA Novosti» xəbər verir ki, müvafiq bəyanat müsabiqənin saytında dərc edilib.

Müsabiqənin nümayəndələri Rusiyanın tədbirdə iştirak etməsi üçün həll variantı tapmağa cəhd etdiklərini qeyd edib. Rusiya təmsilçisi Yuliya Samoylovaya videokörpü vasitəsilə çıxış etmək təklif olunub. Bundan başqa, Təşkilat Komitəsi təmsilçinin əvəzlənməsi imkanının da olduğunu bildiriblər.

«Təəssüf ki, hər iki variant «Birinci kanal» tərəfindən rədd olunub. Kanal rəhbərliyi «Eurovision-2017» mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək. Biz həqiqətən istərdik ki, 43 ölkənin hamısı müsabiqədə iştirak etsin və bunun üçün əlimizdən gələni etdik», - deyə bəyanatda qeyd olunub.