vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
10:20 | 21 noyabr 2013 | Cümə axşamı Məqaləyə 2749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-İsrail müttəfiqliyinə son qoyulur?

Aviqdor Liberman: «Ərəb və islam dünyasından pul güdən ölkələrlə müttəfiqlik istəmirik»

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq. Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman açıqlama verib. Bildirib ki, İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşma zamanı hər iki dövlətin mövqelərinin üst-üstə düşməməsidir.

A.Liberman, İsrail və onun strateji müttəfiqi olan ABŞ-la münasibətlərin zəiflədiyini də sözlərinə əlavə edib və ABŞ-ın daxili iqtisadi problemlərinin olduğuna işarə edib.
Liberman, yeni müttəfiqlərin qarşısına qoyduqları şərtləri də bəyan edib: «Biz ərəb və islam dünyasından pul güdən ölkələrə müttəfiq olmaq istəmirik. Biz yeni müttəfiqlər axtarırıq».