vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
17:51 | 15 aprel 2017 | Şənbə Məqaləyə 1909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya Əsədin əsiridir»

Deutsche Welle: «Vladimir Safronkovun davranışı Rusiya diplomatiyasının iflası və çöküşüdür»

Vaqif HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya Əsədin, Xarici İşlər Nazirliyi isə Kremlin əlində girova çevrilib. Rusiya diplomatiyası isə daha öz dövlətini təmsil etmir».

Musavat.com xəbər verir ki, bu sözlər Almaniyanın «Deutsche Welle» qəzetinin yazarı Konstantin Eggertin məqaləsindəndir.

Məqalə müəllifi 1960-cı ildə Nikita Xruşşovun da Vitali Safronkov kimi BMT Baş Assambleyasında eyni tərbiyəsizliyi etdiyini xatırladır. Həmin vaxt Böyük Britaniyanın baş naziri Harold Makmillanın sözərinə əsəbiləşən Xruşşov ayaqqabısını çıxarıb, onu masanın üstünə döyəcləmişdi.

Aprelin 12-də Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Vladimir Safronkovun hoqqabazlığını da bu qəbildən saymaq olar.

«Mənə bax!, Gözlərini qaçırma! Niyə gözlərini yayındırırsan!», kimi sözlər BMT Təhlükəsizlik Şurasının daimi üzvünün, habelə nüvə silahıına malik dövlətinin nümayəndəsinin dilindən səslənir. Özü də Rusiya həmişə diplomatlarının yüksək peşəkarlığı ilə öyünüb.

Safronkovun bu sözləri ünvanlandığı Böyük Britaniyanın daimi nümayəndəsi Metyu Raykroft isə diplomatik məktəbdə deyil (Vitali Safronkov daha çox MQİMO kimi tanınan Moskva Dövlət Beynəlxalq Əlaqələr Institutunun məzunudur), Oksfordda riyaziyyat və fəlsəfə ixtisası üzrə təhsil alıb. Fransızca əla bilən Raykroft ingilis dilində olmayan «sən» əvəzliyinin nə olduğunu yaxşı bilir.

«ABŞ nümayəndəsi Nikki Heylinin heyrətamiz üz ifadəsi isə yəqin ki, bir çoxlarının hafizəsində uzun müddət qalacaq», - deyə Eggert yazır.

Müəllifin fikrincə, Safronkovun oraya gəlib bu cür tərbiyəsizliyə yol verməsi təsadüf olmayıb və o, birbaşa Kremlin təlimatı ilə hərəkət edib: «Həmin gün Safronkovun olduqca sakit və intelligent adam sayılan rəisi (yəni Rusiyanın BMT-dəki nümayəndəsi) Pyotr İliçyev nədənsə iclasda iştirak etmirdi. Vladimir Safronkov Rusiya XİN strukturunda 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir hesab olunur. Bu cür dərəcədə olan məmur Moskvadan gələn təlimat olmadan həmin şounu çıxarmazdı.

Moskva bununla bu yaxınlarda vəzifə başında vəfat edən, hafizələrdə aqressiv və həyasız diplomat kimi qalan keçmiş nümayəndə Vitali Çurkinə layiqli əvəz tapdığını nümayiş etdirmək istəyirdi.

Safronkovun ritorikası isə təxminən öz ağaları Vladimir Putin və Sergey Lavrovun həm jurnalistlərlə, həm də siyasi opponentləri ilə davranış stilini təkrarlayırdı.

Rusiya kimi qatı iyerarxik struktura malik bir dövlətdə bu, tabeçilikdə olanlara verilən bir siqnaldır. Yəni köhnə Lenin məktəbinin məzunları artıq bundan sonra belə tədbirlərdə başqaları ilə bu tərzdə danışmaq uğrunda yarışacaqlar. Safronkovun ədəbsizliyi çox gözəl hesablanmış karyera gedişidir».

Lakin...

«Vladimir Safronkovun bir neçə dəqiqəlik dünya şöhrəti artıq görünməkdə olan bir həqiqəti ortaya çıxrır: Rusiya diplomatiyası çökmək üzrədir. Rusiyanın bu cür tərbiyəsizliklər nümayiş etdirməkdən və təhdidlər yağdırmaqdan başqa heç bir arqumenti qalmayıb.

Moskva növbəti dəfə BMT TŞ-nın Suriya ilə bağlı qətnaməsini blok etdi. Lakin bu dəfə onun güvəndiyi dağlara qarlar yağdı.

Çin səsvermədə bitərəf qaldı, Rusiyanın rəsmi müttəfiqi sayılan Qazaxıstan da eyni mövqeni sərgilədi. Hətta Moskvanın Suriyadakı ortağı İran belə, öz lideri Həsən Ruhaninin dili ilə Bəşər Əsədi siyasi nizamlanmaya yardım etməyə və demokratik islahatlar aparmağa çağırdı.

İran diplomatiya dilinin tərcüməsində bu, belə səslənir: «Cənab Tramp, biz yaxşı və konstruktiv əhval-ruhiyyədəyik. Hər şeydə ruslar günahkardır. Ona görə bizə toxunmayın!»

Müəllif ən sonda belə bir nəticəyə gəlir: «Rusiya nə oyun çıxaracağından asılı olmayaraq, müdafiə etməyə borclu olduğu Əsədin girovuna çevrilib. Rusiya XİN-i özünü «rəngli inqilablarla mübarizəyə həsr edən və istənilən kompromisi zəiflik olaraq, qəbul edən Kremlin girovuna çevrilib. Kreml isə dövlətin təbliğatı sayəsində hakimiyyətin həmişə qalib olduğu barədə yaradılan ictimai rəyin əsirliyindədir. Rusiya diplomatiyası Rusiyanın deyil, onun yuxarı təbəqələrinin maraqlarını təmsil edir. Vladimir Safronkov aprelin 12-də bunu bütün dünyaya əyani şəkildə göstərdi».