vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
15:37 | 23 noyabr 2013 | Şənbə Məqaləyə 2484 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AXC qurucularına abidə ucaldılmalıdır»

Abel Məhərrəmov: «Sərəncam əsasında müxtəlif tədbirlər həyata keçiriləcək»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncam hər bir kəsin ürəyincə olan və vaxtında verilən sərəncamdır. Əminəm ki, dövlətin bütün strukturları, xüsusilə elm və təhsil müəssisələri Rəsulzadənin tarixi xidmətlərini qeyd edəcək, bu istiqamətdə tədbirlər planı hazırlayacaq».

Bu sözlər Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmova aiddir. O bildirib ki, Azərbaycanın tarixi şəxsiyyətləri seriyasından böyük ictimai-siyasi xadim, müstəqil Azərbaycanın qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunması tarixi hadisə olacaq. 
M. Ə. Rəsulzadənin BDU-da büstünün bu günə kimi qoyulmamasına da münasibət bildirən rektor deyib ki, bu, hər zaman aktual məsələ olub: «Sərəncam əsasında müxtəlif tədbirlər həyata keçiriləcək. Rəsulzadənin abidəsinin harada ucaldılması ilə bağlı məsələ də sərəncamın icrası zamanı müəyyən ediləcək. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarına ansambl şəklində abidə ucaldılmasına ehtiyac var. Bu, tarixi bir hadisədir və həyata keçirilməsi hökmən vacibdir. Onlar Azərbaycanın müstəqillik bayrağını ilk qaldıran insanlar olublar».