vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
13:11 | 16 aprel 2017 | Bazar Məqaləyə 1187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneydə önəmli addım

Soydaşımız Azərbaycanın milli geyimi ilə prezidentliyə namizədliyini qeydiyyatdan keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda bir soydaşımız Azərbaycanın milli geyimi ilə ölkə prezidentliyinə namizədliyini qeydiyyatdan keçirib. Milli geyimi ilə hər kəsin diqqətinin çəkən Məhəmməd Sefidgəran Şəbistər şəhərinin sakinidir.

«Prezidentliyə namizədliyimi irəli sürməkdən əsas məqsədim Urmiya gölünü canlandırmaq və konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq türk dilində tədrisi təmin etməkdir», - deyə M.Sefidgəran bildirib.

Ötən günlərdə salmaslı bir soydaşımız da Şəhər İcra Hakimiyyətinə (fərmandari) Azərbaycanın milli geyimi ilə gedərək Şura seçkilərinə öz namizədliyini irəli sürmüşdür.

Fevral ayında isə urmiyəli deputat Hadi Bahaduri milli geyimlə parlamentin tribunası arxasına keçərək ana dilin tədris edilməsi, Azərbaycan türkcəsində milli telekanalın yaradılması, Qərbi Azərbaycan vilayətinin iqtisadi problemləri və Urmu gölü böhranı ilə bağlı önəmli çıxış etmişdir.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da keçiriləcək.