vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
20:42 | 16 aprel 2017 | Bazar Məqaləyə 1273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Referendumda səsvermə başa çatıb

Seçici aktivliyi yüksək olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendumda səsvermə başa çatıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, səsvermədə yüksək aktivlik müşahidə olunub.

Ölkənin əksər bölgələrində səsvermə yerli vaxtla 08.00 (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 08.00) başlayıb, saat 16.00-da (Bakı vaxtı ilə saat 17.00) bitib. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.