vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
14:31 | 23 noyabr 2013 | Şənbə Məqaləyə 2811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cavid Qurbanov şikayətləndi

«Bu cür münasibət düzgün deyil»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda avtomobil yollarının vəziyyəti qənaətbəxşdir». Bu sözləri «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin əksər magistral yollarında təmir işləri aparılıb, bəzilərində isə bu işlər davam etdirilir: «Vəziyyət birdən-birə dəyişmir, buna illər lazımdır. Sovetlər dövründə Azərbaycanda faktiki olaraq yol olmayıb. Ümumi yolların heç 5%-i asfalt deyildi. Hazırda yolların 75%-i təmir olunur və proses davam edir. Ümumiyyətlə, yolların təmiri böyük maliyyə, həm də fiziki cəhətdən böyük işlər tələb edir. Ölkəmizdə 31 min km-dən çox yol var. Onun da 19 mininə biz, qalanlarına icra hakimiyyətləri və bələdiyyələr nəzarət edir».
Sürücülərin yollarla bağlı şikayətinə gəlincə, C. Qurbanov bildirib ki, ölkə başçısı bu sahəyə xüsusi diqqət göstərir və sərmayə qoyulur: «Amma ağır çəkili maşınlar yolların axırına çıxır, dağıdır. Yollara bu cür münasibət düzgün deyil».
Yaxın vaxtlarda Azərbaycan yollarında drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul olunacaq. ASC sədrinin sözlərindən belə başa düşülüb ki, əvvəlki illərə nisbətən yağış yağarkən bəzi yollarda su yığılır. Hazırda bir çox yollarda drenaj sisteminin qurulduğunu bildirib: «Yaxın vaxtlarda Azərbaycan yollarında drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul olunacaq. Bəzilərində drenaj sistemləri yenidən qurulacaq. Əvvəllər Bakıda evlər tikiləndə drenajlara o qədər də ciddi fikir verilmirdi və səthi yanaşılırdı. Nəticədə evlərin kanalizasiya xətləri drenajlara qoşulurdu. İndi biz bunun ayrılması ilə məşğul oluruq. Hesab edirəm ki, məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Yaxın zamanlarda yollarda mövcud problem həll olunacaq».
Komitə sədri Ziya Bünyadov prospekti boyunca yeni körpülərin tikintisi ətrafında mövcud olan problemlərə də toxunub. Onun sözlərinə görə bu problem gələn ilin ortalarında həllini tapacaq.
Sədr əlavə edib ki, Ziya Bünyadov prospektində çoxlu evlər inşa olunub və kommunikasiya xətləri mövcuddur, evlərin altından geniş su borularının hamısının köçürülməsi müəyyən vaxt tələb edir: «Biz bu kommunikasiya xətlərinin orada qalmasını və gələcəkdə problem yaratmasını istəmədik. Ona görə də ilk olaraq bu məsələlərin həllinə çalışdıq. Bununla bağlı məsələ intensiv şəkildə gedir və gələn ilin ortalarında öz həllini tapacaq».
Naxçıvan-İran sərhədində Culfa körpüsünün istifadəyə verilməsi məsələsinə toxunan, C.Qurbanov deyib ki, Naxçıvan blokadadır və ona kömək etmək lazımdır: «Məsələn, Astara dəmir yolu sərhədini müəyyənləşdirmək üçün 7 dəfə protokol imzalamışıq. Amma neçə dəfə dəyişdirilib. Naxçıvan-İran sərhədində Culfa körpüsünün istifadəyə verilməsində Azərbaycan tərəfi maraqlıdır».