vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
01:35 | 17 aprel 2017 | Bazar ertəsi Məqaləyə 437 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan üçün heç də asan olmayacaq

Yeni bir Konstitusiya dəyişikliyinin gündəmə gəlmə ehtimalı böyükdür

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədəki referendumla bağlı ilkin, qısa təhlilim:

1. Əvvəla, nəticələrlə bağlı mübahisələrin, şübhələrin olması təəssüf doğurur. Total pozuntulardan söhbət gedə bilməz, lakin səslərin bir-birinə bu qədər yaxın olduğu bir tabloda lokal pozuntuların yekun nəticəyə həlledici təsiri ola bilər. Yaxşı olardı ki, bütün şikayətlər obyektiv araşdırılsın və hər hansı legitimlik problemi olmasın. Amma belə bir araşdırmanın olmayacağı bəllidir;

2. Konstitusiya toplumun yüzdə yüz olmasa da, böyük hissəsinin üzərində uzlaşdığı ictimai müqavilə xarakteri daşımalıdır. 51 faizlə qəbul olunan Ana Yasa, başqa sözlə, dövlətin xalqın az qala yarısının qəbul etmədiyi bir əsas qanunla idarə olunması nonsensdir və uzunmüddətli sabitliyə səbəb ola bilməz. Gələcəkdə yeni bir Konstitusiya dəyişikliyinin gündəmə gəlmə ehtimalı böyükdür;

3. Fövqəladə vəziyyət rejimində referenduma gedilməsinə, dövlətin bütün imkanlarının evet üçün səfərbər olunmasına, total birtərəfli təbliğata, tərəflərə bərabər imkanların yaradılmamasına, hayır üçün kampaniya aparan sağçı siyasətçilərin ciddi basqılara məruz qalmasına baxmayaraq, xalqın təxminən yarısı yox dedi. Bu, Türkiyədə avtoritarizmə, diktatura meyllərinə qarşı müqavimət potensialının olduğunu göstərir və önəmlidir;

4. Təzadlı bir durum yaranıb: Türkiyə Ankaranın, İstanbulun, İzmirin qəbul etmədiyi, ölkə üzrə ÜDM-in az qala 90 faizini verən böyük şəhərlərin, sənaye mərkəzlərinin yox dediyi Konstitusiya ilə idarə olunacaq;

5. Ərdoğan Türkiyə siyasətində ağırlığını qoruyur və referendumda evet deyənlər Konstitusiya dəyişikliyinə yox, məhz Ərdoğanın personasına səs verdilər;

6. MHP-lilərin azı 70 faizi həm Konstitusiya dəyişikliklərinə, həm də Baxçalıya yox dedi. «PKK əvət deyir» təbliğatı işləmədi, «Vətən, millət, Sakarya» ədəbiyyatı istənilən nəticəni vermədi. Baxçalı artıq siyasi meyitdir, amma Ərdoğan yəqin ki, hələ onun «dəfn olunmasına» imkan verməyəcək;

7. Bir daha ortaya çıxdı ki, separatçı və narazı kürdlərin təmsilçisi olan siyasi partiya Türkiyənin reallığıdır. HDP liderlərinin həbsinin və HDP-li bəzi bələdiyyə başqalarının vəzifədən uzaqlaşdırılmasının hər hansı siyasi effekti olmadı və kürd seçicilərin bu partiyadan üz döndürməsinə gətirib çıxarmadı;

8. O da bəlli oldu ki, 2019-cu il prezident seçkiləri Ərdoğan üçün heç də asan olmayacaq. Onun ya milliyyətçilər, ya da kürdlərin - iki antaqonist tərəfdən birinin timsalında etibarlı müttəfiqə ehtiyacı var. CHP, MHP və HDP elektoratının dəstəkləyəcəyi bir namizədin isə 2-ci turda Ərdoğanı məğlub etmə şansı az deyil. Belə bir namizədin tapılıb ortaya çıxarılması nə dərəcədə mümkündür, bu, artıq başqa söhbətin mövzusudur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)