vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:04 | 17 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə yeni dönəmə girdi

Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.7 faizi əleyhinə səs verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilib. «Yeni Müsavat» milliyet.com-a istinadən verdiyi məlumatına görə, ölkənin əksər bölgələrində səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatıb. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitib. Məlumdur ki, ölkə xaricində yaşayan türk vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanıb. Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib. Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub.

Türkiyə Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulurdu. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.(materialın hazırlanmasında APA, axar.az, lent.az, strateq.az saytlarının xəbərlərindən də istifadə olunub). 

Referendumu izləmək üçün 500 xarici KİV təmsilçisi Türkiyəyə gəlib. Bundan başqa, Türkiyədə fəaliyyət göstərən xarici və yerli media nümayəndələri də referendumu işıqlandırmaq üçün qeydiyyatdan keçiblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birgə səs verib. Onun yanında kürəkəni Türkiyənin enerji və təbii qaynaqları naziri Berat Albayrak, oğlu Bilal və onun həyat yoldaşı da olub. Dövlət başçısı İstanbul şəhərində Üsküdar məhəlləsindəki Safet Cabi orta məktəbindəki seçki məntəqəsində seçimini etdikdən sonra açıqlama verib.

«Bu referendum sıradan bir səsvermə deyil. Respublika tarixində parlamentli sistemlə bağlı bir neçə səsverməmiz olub. Lakin bu səsvermə yeni idarəçilik sistemi ilə bağlı dəyişiklik seçimidir. Mən inanıram ki, xalqımız yeni sıçrayışın, daha güclü inkişafın yolunu açmağa qərar verəcək. Nəticələri şəxsən izləyəcəyəm. Hava şəraiti göstərir ki, seçkilərdə iştirak faizi çox yüksək olacaq» deyə, Ərdoğan bildirib. Türkiyə prezidenti səsini nəvəsi ilə birlikdə qutuya atıb.

Türkiyə baş naziri Binəli Yıldırım İzmir şəhərində səs verib. «Vətəndaşlıq borcumu yerinə yetirdim. İndi də işimizə-gücümüzə baxacağıq. Vətəndaşlar dinc şəkildə seçimlərini edirlər. Çıxan nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır» deyə, baş nazir bildirib.

CHP lideri Kamal Kılıçdaroğlu həyat yoldaşı Selvi Kılıçdaroğlu və oğlu Kərəm Kılıçdaroğlu ilə birlikdə Ankarada səs veriblər. Səsvermədən sonra jurnalistlərə açıqlama verən CHP lideri «son dərəcə gözəl bir kampanya apardıq. Bütün vətəndaşlarımızı qucaqladıq, heç kimə özgə kimi baxmadıq. Bu gün Türkiyənin taleyini həll edirik. İnşallah, xeyirli sonunc çıxar», - deyə, bildirib. 

MHP başqanı Dövlət Baxçalı Anıttəpədə səs verib. O da vətəndaşlıq görəvinin yerini yetirdiyini, bu referendumun Türkiyə tarixində yeni bir səhifə açdığını söyləyib.

Türkiyənin tanınmış adamları da vətəndaşlıq mövqelərini bildirib. Məşhur türkiyəli müğənni Tarkan İstanbulun Sarıyer səmtindəki seçki məntəqəsində növbəsini gözlədikdən sonra kabinəyə daxil olaraq seçimini edib. Daha sonra bülleteni qutuya atan Tarkan «xeyirli olsun» deyib.

Tarkan jurnalistlərin də suallarını qısa cavablandırıb: «Vətəndaşlıq vəzifəmi yerinə yetirdim. Səsimi verdim, gedirəm». Tanınmış futbolçu Əmrə Belözoğlu da səsvermədə iştirak edib. O da «vətəndaşlıq vəzifəmi yerinə yetirdim» deməklə kifayətlənib.

Məşhur türkiyəli yumorist, stəndapçı Cem Yılmaz referendumla bağlı Tvitter hesabında paylaşım edib.

Aktyor paylaşımında «Yaşasın cümhuriyyət» ifadəsini işlədib. Bu isə məşhur simanın seçimini üzə çıxarıb.

İlk olaraq Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyərbəkir, Elazığ, Ərzincan, Ərzurum, Gaziantəp, Girəsun, Gümüşxanə, Hakkari, Qars, Malatya, Qəhramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tuncəli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İqdır ve Kilisdə seçki sandıqları qapanıb. Radiolara və bütün televiziyalara seçki saatı bitənədək-Bakı vaxtı ilə saat 19-dək seçkilərlərlə bağlı xəbər, proqnoz və şərh yasaq edilib. Yalnız saat 21-dən sonar Yüksək Seçim Kurulunun rəsmi məlumatları yayımlanacaq, bütün yayımlar yalnız axşam saat 22-dən sonar sərbəst yayıma keçə biliblər. 

Referendumda qanlı hadisələr də olub. Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf partiyasının Muradiyyə rayonu üzrə rəhbəri İbrahim Vanlının avtomobili PKK terrorçuları tərəfindən atəşə tutulub. İ.Vanlıya zərər dəyməsə də, hadisə nəticəsində onun digər avtomobildə olan qardaşı oğlu Adnan Vanlı ölüb, daha bir nəfər yaralanıb.

Diyarbəkir vilayətində də silahlı insident baş verib. Yabanardı kənd məktəbində təşkil edilmiş seçki məntəqəsinin qarşısında qohum olduğu bildirilən iki ailə arasında dava-dalaş düşüb. Bu zaman hər iki tərəf silahdan istifadə edib və səbəbi hələlik məlum olmayan atışma zamanı 68 yaşlı Abdulrezzak Yıldız və 32 yaşlı Şeyhmus Yıldız qətlə yetirilib. İdris Yıldız isə xəstəxanaya yerləşdirilib. («Yeni Müsavat»)