vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AKTUAL  
14:34 | 17 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Mülki məcəllənin savadsız yenilikləri

Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə bir sıra qanuna edilən dəyişikliklər artıq dərc edilib və qüvvəyə minib. Bu dəyişikliklərin mahiyyəti bir tərəfə (yaxında bu barədə yazacağam), hazırlanma səviyyəsinin özü çox aşağıdır. Belə ki, məsələn, ölkənin əsas iqtisadi qanunu olan Mülki Məcəlləyə 2 dəyişiklik edilib və hər ikisi də müəlliflərinin hüquqi bisavadlığından xəbər verir (hüquq fakültəsinin II kurs tələbəsinin bilməli olduğunu bilmirlər!). Və bu nadan dəyişikliklər mülki dövriyyə üçün ciddi problemlər yaradacaq. Mülki Məcəlləmiz onsuz da bərbad gündədir, sadəcə Palata əlavə problemlər də yaratdı.

1. Məcəllədə «Tələbin güzəşti» adlı 194-cü maddə var. Mahiyyəti ondan ibarətdir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər, bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Yəni, məsələn, Əlinin Vəliyə, Vəlinin də Pirvəliyə 100 manat borcu var. Buna görə də Vəli Pirvəli ilə razılığa gəlir ki, Əli Vəliyə olan borcunu Pirvəliyə ödəyəcək. Yəni Vəli Əliyə qarşı olan tələbini Pirvəliyə güzəşt edir. Əlinin buna razılığı tələb olunmur, sadəcə bu barədə məlumatlandırılır.

Palatanın təklifi ilə həmin maddəyə aşağıdakı cümlə əlavə edilib: «Bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur». Əslində, bu əlavəyə heç bir ehtiyac yox idi. Bu, onsuz da ehtiva olunur, çünki borclunun, bir qayda olaraq, ona qarşı olan tələbin güzəştinə razılığı tələb olunmur. Amma edilmiş dəyişiklik nəticəsində indi belə çıxır ki, tələb sahibi ilə borclu arasındakı müqaviləyə dəyişiklik yalnız bank münasibətləri üzrə tələb olunmur, başqa hallarda isə tələb olunur. Yəni bundan sonra Vəli Pirvəliyə tələbi yalnız bu şərtlə güzəşt edə bilər ki, Əli ilə arasında olan müqaviləyə dəyişiklik edilsin (deməli, Əlinin həmişə razılığı tələb olunur!). Başqa sözlə, mülki hüququn vacib institutlarından biri yalnız bank sistemində normal işləyəcək, qalan hallarda isə faktiki işləməyəcək. Sadəcə mülki dövriyyəni ağırlaşdırdılar, vəssalam!

2. Məcəllədə «Öhdəliyin üçüncü şəxs tərəfindən icrası» adlı 431-ci maddə var. Mahiyyəti ondan ibarətdir ki, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Yəni, məsələn, Əlinin Vəliyə 100 manat borcu var və həmin borcu Vəliyə Pirvəli ödəyir (Əlinin razılığı olmadan).

Palatanın təklifi ilə həmin maddəyə aşağıdakı cümlə əlavə edilib: «Bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur». Əslində, bu əlavəyə heç bir ehtiyac yox idi. Bu, onsuz da ehtiva olunur, çünki borclunun öhdəliyinin üçüncü şəxs tərəfindən icrasına razılığı tələb olunmur. Amma edilmiş dəyişiklik nəticəsində indi belə çıxır ki, kreditorla borclu arasındakı müqaviləyə dəyişiklik yalnız bank münasibətləri üzrə tələb olunmur, başqa hallarda isə tələb olunur. Yəni bundan sonra Pirvəli Əlinin borcunu Vəliyə yalnız o halda ödəyə bilər ki, Vəli ilə Əli ilə arasında olan müqaviləyə dəyişiklik edilsin (deməli, Əlinin həmişə razılığı tələb olunur!). Başqa sözlə, mülki hüququn vacib institutlarından biri yalnız bank sistemində normal işləyəcək, qalan hallarda isə faktiki işləməyəcək. Sadəcə mülki dövriyyəni ağırlaşdırdılar, vəssalam!

P.S. Dəyişikliklər mövzusunu davam edəcəyəm...