vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
19:41 | 17 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ziya Məmmədova həbs təhlükəsi

O qədər ciddi ittihamlar var ki, bunları hakimiyyət araşdırarsa, eks-nazirin qapıları uzun müddət bağlanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya «dincəlirəm» kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.

Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, «topdağıtmaz» «Garant» Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi «Garant» Holdinq «PAŞA Bank" ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib, oğul Məmmədovun bir neçə əmlakına, o cümlədən «Milyonerlər məhəlləsi» kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir «bu işdən xəbərsizəm» desə də, həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon «tum pulu» hesab oluna bilər. Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı «yelkən-hotel»i belə itirmək ərəfəsindədirlər.

A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında(Amerika-Azərbaycan Alyansı) külli-miqdarda maliyyə maxanasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə «dirçəldi».

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, «Trampla işbirliyimiz var» dedi.

Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara «boy göstərən» Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Fəqət bu da son deyil. Xəbərlər var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların «Trump Organization» təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə bağlanmış olar.

Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını-hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. «Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar» deyə, mənbə bildirib.

Z.Məmmədov iddialarla bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq.