vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
PROBLEM  
18:50 | 18 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 3141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək?

Restoranlardan at-eşşək əti ilə bağlı açıqlama

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar gündəmi zəbt edən at-eşşək əti barədəki xəbərlər istər-istəməz əhalidə narahatlığın yaranmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, son günlər restoranlara, şadlıq evlərinə gedən insanlar ət məhsullarından hazırlanan qidalardan istifadədə maksimum ehtiyatlı davranmağa çalışırlar. Məsələn, müşahidələr göstərib ki, şadlıq evlərindəki toylara çağırılan qonaqlar masaya düzülən kolbasa çeşidlərinə əl uzatmır, lüləkababa şübhə ilə yanaşır, onu yeməyə tərəddüd edirlər. Bu da səbəbsiz deyil. Ölkə mediasında yayılan xəbərlərdə gizli yolla istehsal olunan ölmüş heyvanların, eləcə də xəstə at-eşşək ətlərinin restoran və şadlıq evlərinə, kolbasa sexlərinə çatdırıldığı bildirilir. Məlum məsələdir ki, tikəkababdan fərqli olaraq, lüləkababın tərkibinə hansı ətin vurulduğunu müəyyənləşdirmək çətindir. Bu baxımdan lüləkabab at-eşşək ətindən də hazırlana bilər...

Bəs bu vəziyyət şadlıq evlərində menyuların dəyişilməsinə səbəb ola bilərmi?

Modern.az-ın əməkdaşı bununla bağlı Bakıda fəaliyyət göstərən bir neçə restoranla əlaqə saxlayıb.

«Mega Palace» şadlıq evinin Vüsal adlı əməkdaşı kolbasa və ət məhsullarının menyudan çıxarılmasına ehtiyac olmadığını bildirib: «Biz təmiz məhsullardan istifadə edirik. Kolbasa və ət məhsulları ilə bağlı (kabablar) hansısa narahatlıq da olmayıb. Çünki dövlət nəzarəti var və yoxlamalar olur. Kolbasa və ət məhsullarının menyudan çıxarılmasına ehtiyac yoxdur».

«Niaqara» restoranının əməkdaşı kolbasa-sosiska kimi məhsullara üstünlük vermədiklərini deyib: »Biz qoyun və quzu ətlərindən istifadə edirik. Kolbasa-sosiska kimi məhsullardan isə çox istifadə edilmir. Bura «Niaqara»dır və insanların ət məhsulları yeyərkən narahat olma kimi halları ola bilməz».

«Monte Kristo» şadlıq evinin baş meneceri  İqbal Alıyev restoranın qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərdiyini və insanların ət məhsullarından istifadəi zamanı qorxmadıqlarını bildirib: 

«Açığı bizim şirkətdə bu tipli hallar olmur. Məhsullarımız qanunvericiliyə uyğun şəkildə alınır. Ətin kefiyyətini yoxlamaq üçün  öz mütəxəssislərimiz, baş aşbazlarımız var. Toy menyularında adətən kabablar, dana basdırması kimi yeməklər olsa da, menyuda mal əti istifadəsi heç 30 faiz belə təşkil etmir. Əgər biz qanunla, sertifaktlı məhsullar alırıqsa, menyunun dəyişdirilməsinə ehtiyac da yoxdur».

«Xəmsə» şadlıq sarayının baş inzibatçısı Bəxtiyar bəyin sözlərinə görə, restoran sifarişçilər üçün xüsusi şərait yaradır: «Biz sifarişçilər üçün xüsusi şərait yaradırıq. Yəni onlar ət kəsimi, doğranması sexlərində iştirak edib prosesləri öz gözləri ilə görə bilərlər. Ona görə də heç bir şübhəli məhsulumuz yoxdur. 14 ildir ki, fəaliyyət göstəririk və belə şeylərdən tamamilə uzaq olmuşuq».

«Mona Liza» şadlıq sarayının administratoru Zaur Səlimov məhsulların gigiyena qaydalarına cavab verdiyini və menyunun eyni qaldığını deyib: «Şirkətimizdə məhsullar gigiyena qaydalarına uyğundur.  Əslində kolbasa-sosiska və ya digər ət məhsullarının  menyudan çıxarılması müştərinin şəxsi işidir. Eyni zamanda qeyd etməliyəm ki,  bizdəki kolbasalar yerli istehsal deyil».

«Yeganə» şadlıq sarayının mühasib köməkçisi Arzu xanım restoranda insanların ət məhsullarından rahatlıqla istifadə etdiyini deyib. O, həmçinin bildirib ki, bu məhsullar menyudan çıxarılmayacaq.