vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
09:50 | 19 aprel 2017 | Çərşənbə Məqaləyə 1718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyada siyasi böhran

Baş nazir yeni seçkilər istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Krallığın Baş naziri 8 iyunda növbədənkənar seçkilərin çağırılması ilə bağlı planlarını açıqlayıb. Çərşənbə günü Tereza Meyin (Theresa May) təşəbbüsü parlamentdə səsverməyə çıxarılacaq. Baş naziri deyib ki, bu seçkilər «üzümüzə gələn illərdə əminlik və stabilliyi təmin etməyin» və «verəcəyim qərarlara sizin dəstəyinizi qazanmağın» yeganə yoludur.

BBC bildirir ki, o, ölkənin vahid olduğu halda partiyaları «siyasi oyunlar» oynamaqda günahlandıraraq, seçkilərin bu «oyunlara» son qoyacağını deyib.

Növbədənkənar seçkilərin keçirilməsi üçün baş nazirə parlamentin dəstəyi lazımdır.

Britaniyada növbəti ümumi seçkilər2020-ci ildə keçirilməli idi.

Parlamentin ən böyük müxalif Leyboristlər partiyasının lideri növbədənkənar seçkilərin keçirilməsinə dəstəyini bildirib.

Ceremi Korbin (Jeremy Corbyn) deyib ki, seçkilər «çoxluğun maraqlarını önə çəkən hökumətə səs verməyə imkan yaradacaq» qeyd edib.

Şotlandiyanın Birinci naziri bildirib ki, mühafizəkarlar seçki vasitəsilə ölkəni «sağa çəkərək» «sərt Brexit»ə doğru yönləndirmək niyyətini güdürlər. Nikola Sturqonun (Nicola Sturgeon) sözlərinə görə hökumət səsverməni xərclərinin «daha dərin ixtisar»ı üçün də istifadə edir.

Müxalif Liberal Demokrat partiyasının lideri Tim Farron deyib ki, seçki «ölkənin istiqamətini dəyişmək» fürsəti kimi nəzərdən keçirilir.

«Əgər siz fəlakətli «sərt Brexit»dən qaçınmaq, Britaniyanı vahid bazarda saxlamaq istəyirsinizsə. Əgər açıq, tolerant və vahid Britaniya istəyirsinizsə - bu sizin şansınızdır», - o, əlavə edib.

Rəy sorğularına əsasən, partiyasının parlamentdəki çoxluğunu artıra bilər.

BBC-nin siyasət redaktoru Laura Kuenssberqin təhlilində deyilir ki, «bir neçə aydır ki, Theresa May və onun komandası erkən seçkilər ehtimalının cüzi olduğunu deyirdi.

Bunun sadə səbəbi var. Onlar Brexit danışıqları zamanı qeyri-stabilliyə yol vermək istəmirdilər.

Onlar növbədənkənar seçkilər üçün qanuni məhdudiyyətləri dəf etməklə mürəkkəb prosesdən yayınmaq niyyətində idilər.

Hökumət proqnozlaşdırılmamış seçki risklərindən də qaçınmaq istəyirdi».

«Mühafizəkar partiyası sıralarında çoxluq əmin idi ki, Leyboristlər partiyası 2020-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilərə qədər rəqabət təşkil edə bilməyəcək. Yəni mühafizəkarlar bu müddətədək erkən seçkilərə ehtiyac görmürdürlər.

Lakin durumun siyasi məntiqi onları bu mövqeyi dəyişdirməyə vadar edib», deyə xanım Kuenssberq bildirir.