vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
13:18 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 2224 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat açıqladı

Valyutadəyişmə məntəqələri niyə açılır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Valyutadəyişmə məntəqələrinin yenidən açılmasının səbəbi ölkədə makroiqtisadi sabitliyin bərpa olunması ilə bağlıdır. Bunu «Qafqazinfo»ya açıqlamasına Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili «Valyuta tənzimi haqqında» qanuna ediləcək dəyişikliklərdən danışarkən deyib.

Millət vəkili xatırladıb ki, valyutadəyişmə məntəqələrinin əvvəllər spekulyativ fəaliyyət göstərmələri ölkədə valyuta kursunun qalxmasına gətirib çıxarmışdı: «Onların müəyyən qanunazidd fəaliyyəti aşkar olunmuşdu. Bu kimi hallar ölkənin makroiqtisadi sabitliyinə mənf təsir etmişdi. Ancaq indi ölkədə maliyyə sabitliyi bərpa olunub. Hazırda qarşıda duran əsas məqsəd iqtisadi aktivliyin artırılmasıdır.

Eyni zamanda məntəqələrin yenidən açılmasının səbəblərindən biri də ölkədə beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsidir. Bu tədbirlər nəticəsində ölkəyə böyük turist axının gəlməsi gözlənilir. Onların valyuta dəyişməsi üçün daha çevik şəraitin təşkil olunmasına ehtiyac var».

Deputatın sözlərinə görə, qanuna edilən yeni dəyişikliklərə əsasən bu fəaliyyət sahəsində sərt nəzarət tədbirləri həyata keçiriləcək: «Belə ki, əvvəlki spekulyativ fəaliyyətə bir daha yol verilməməsi üçün valyutadəyişmə məntəqələrinin fəaliyyəti qanunla sərtləşdirilir. Lisenziyalaşdırma şərtlərinə görə daha sağlam hüquqi şəxslər seçiləcək. Bundan əlavə, fəaliyyət zamanı kurs arasında fərqin çox olmaması da qanunla tənzimlənəcək».