vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
09:44 | 22 aprel 2017 | Şənbə Məqaləyə 1711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, Azərbaycana yaraşan vəziyyət deyil»

Güney Azərbaycanda iqtisadi vəziyyət gərgindir, işsizlik isə tüğyan edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki millət vəkili Yaqub Şeyvyari Azərbaycanın gərgin iqtisadi vəziyyət və işsizlik problemindən danışıb. Bu barədə «Fars» xəbər agentliyi məlumat yayıb.

«Miyana İcra Hakimiyyəti (Fərmandari) xüsusi statusa malik olmasına rəğmən bu bölgədə işsizlik problemi olduqca ciddidir və əhalinin narazılığına səbəb olur. Halbuki, Miyananın böyük iqtisadi potensialı var. Bölgədə yeraltı mədənlər, məhsuldar torpaq, su qaynaqları, böyük və kiçik su bəndləri və s. kimi iqtisadi potensial mövcuddur, lakin  bölgəyə iş adamları və yatırımçılar cəlb olunmayıb. Bu məsələ öz həllini tapmalıdır»- deyə millət vəkili bildirib.

O «Germi Çay» və «Şəhriyar» su bəndlərində uzun müddətdir tikinti işlərinin yekunlaşmamasına da öz etirazını bildirib.

«Yol və Şəhərsalma Nazirliyi Qoşaçay-Miyana-Fumən yolunun təmiri ilə bağlı ciddi işlər görməlidir. Ona görə ki, bu yolda hər gün yol qəzası baş verir və insanlar həlak olur»- deyə Yaqub Şeyvyari əlavə edib.