Çeçenistan, Dnestryanı, Krım, ...
Putinin yeni hədəfi açıqlandı
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
Yaşın nə fərqi var?
Bütün xatirələrin özün kimi cavandır
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
“Əl atılacaq son çarədir”
Putin artıq Ukraynadan çıxmağı müzakirə edir
-
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
-
“Ağlımızı itirməmişik”
Putin: “Rusiya heç bir şəraitdə nüvə silahından istifadə edən ilk tərəf olmayacaq”
-
Ov tüfəngi ilə silahlanan kosmonavtlar
SSRİ kosmonavtlarının gizli həqiqətləri ...
-
Niyə “Moskviç” yox, “Mercedes”?
Rusiya prezidentinin geyimi və sürdüyü avtomobil sosial şəbəkələrdə gündəm oldu
-
300-dən 10-lara düşdü
Rusiya aviasiyasının əməliyyatları niyə azalıb?
-
Kabayeva göründü ...
Uzun aradan sonra ortaya çıxan idmançının aksesuarı gündəm oldu
-
Makron Putinə göz vurdu
Fransa prezidentinin açıqlaması onu dünyanın nəzərində rəzil duruma saldı
-
Stalinin şəxsi tərcüməçisi ...
... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı
-
Bəxti gətirməyən Putin
Cəbhədən yeni ilə qədər xoş xəbər gözlənilmir
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
Vladimir Putin SSRİ-nin süqutunu XX sərin ən böyük geosiyasi faciəsi adlandırmışdı. Həmin əsrdə baş verən Birinci və İkinci Dünya Müharibələrini yada salsaq, Putinin vəziyyəti bir qədər şişirtdiyini demək olar. Amma istənilən halda, SSRİ-nin süqutu çox dramatik hadisə idi.
Tabe edən dövlətlə tabe dövlətin münasibətləri politologiyanın xüsusi bir sahəsidir. Və dünyada tabe edən və tabe olan ölkələr arasında münasibətləri müşahidə etmək üçün keçmiş Sovet respublikalarından yaxşı məkan yoxdur. Dünyanın bu hissəsində yaxşı anlayırlar ki, coğrafi mövqe həmin ölkənin taleyidir. Bunu beynəlxalq hüquqa əsasən, Moldovadanın ərazisi sayılan Dnestryanı və Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyada yaxşı anlayırlar. Bunu 2014-cü ilin martında Rusiyanın ilhaq etdiyi Krım da, Ukraynanın separatçılar tərəfindən nəzarətdə olan Donbas bölgəsində yaxşı anlayırlar.
Norveç Universitet Mərkəzi məsələ ilə bağlı aparıdığı araşdırmada 1990-2000-ci illərdə Çeçenistanda üsyankar rejimin Rusiya hakimiyyətinə qarşı çıxmasını da, Rusiyanın tabe edən tərəf kimi üzləşdiyi qanunauyğunluq sayırlar.
Rusiya tabe etdiyi ölkələrə necə yanaşır? Onların bəzilərində, məsələn Krımda və Çeçenistanda Rusiya aktiv dövlət quruculuğu ilə məşğul olur. Bəzi digər ərazilərdə, məsələn. Donbasda və Dnestryanı da isə dövlətçiliyi parçalayan sərt siyasət yeridir. Abxaziya və Cənubi Osetiyada isə Kreml orta mövqe tutaraq həm siyasi, həm də iqtisadi dəstəyini davam etdirir.
Donbas və Çeçenistanı çıxmaq şərti ilə, qalan regionallarda Putinin patron rolu dəstəklənir. Bu regionların hamısında müharibə olub və bu müharibə məsələn. Çeçenistanı üzvü olduğu regionda ayırıb. Əksər regionlarda Rusiyanın tabe edən tərəf olması və patron mövqeyə qazanması bu ölkələrdə rus mədəniyyətinin və rus dilinin təzyiqlərə məruz qalmasıdır. Məhz bu səbəb Krım və Donbasın Ukraynadan, Dnestrayanının isə Moldovadan alınmasına səbəb gətirilmişdi.
Rusların maraqlarının qorunması və bütün rus torpaqlarının birləşdirilməsi Moskvanın patron dövlət funksiyalarını üzərinə götürməsi üçün əsas səbəbdir. Norveç Xarici Siyasət İnstitutunun ekspertləri Yakub Qodzimirski və Helqe Blakkisryud bu fikirdədilər. Onların sözlərinə görə, Rusiya Dnestryanı, Cənubi Osetiya və Abxaziyanın dövlət büdcələrini maliyyələşdirir. Eyni hal Donbas və Krımda da baş verir. Müharibənin viran qoyduğu Çeçenistanda isə nümunəvi müsəlman dövlətinin qurulmasına külli miqdarda vəsait xərclənib.
Haqqında söhbət gedən regionların 3-də - Dnestryanı, Krım və Donbasda Sovet dövrü üçün güclü xiffət hissi var. Orada insanlar küçələr Stalinin portreti və sovet bayraqları ilə çıxaraq itirilmiş cənnəti xatırlayırlar. Və bu sovet sevgisini həmin ərazilərdə yaşayan rus mədəniyyətinin daşıyıcıları yayır.
Sovet vaxtı onlar öz regionlarında elitanın bir hissəsi idilər, yeni yaranmış dövlətlərdə isə mili azlığa və siyasi marginallara çevriliblər. Məhz bu tarixi çərçivədə Putin SSRİ-nin süqutunu XX əsrin ən böyük geosiyasi faciəsi adlandırır.
Rusiya özünə daha bir asılı dövlət yaratmaq istəyir? Ola bilsin ki. növbəti hədəf Estoniyanın şimalında yerləşən və əhalisinin 82 faizini rusların təşkil etdiyi Narva şəhəri olacaq. Bu şəhər rusların yaşadığı ərazilərin birləşdirilməsi konsepsiyasına tam uyğundur. Amma bu cür avantüranın nəticəsi ağır olacaq. NATO ilə müharibə başlayacaq. Amma bu artıq ruslar üçün nə Donbas, nə də Çeçenistan olacaq.