vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
15:46 | 23 aprel 2017 | Bazar Məqaləyə 3035 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çox xoş haldır ki, öz Vətənimizdə bizi belə yüksək dəyərləndirirlər»

Vyanada yaşayan məşhur opera müğənnisindən prezidentə məktub

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstriyanın paytaxtı Vyanada yaşayan əməkdar artist, tenor, opera müğənnisi Yusif Eyvazov Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Modern.az saytının xəbərinə görə, Yusif Eyvazov bildirib ki, son illər Azərbaycanın beynəlxalq arenada nüfuzu çox yüksək səviyyəyə qalxıb.

O qeyd edib ki, ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi siyasət sayəsində ölkəmiz dünyada tanınır, hörmət edilir və sevilir.

«Azərbaycan digər ölkələrlə birlikdə çoxlu layihələr reallaşdırır. Təbii ki, biz sənət adamlarının yaradıcılığına verilən yüksək qiymət həyatımızda mühüm rol oynayır.

Çox xoş haldır ki, öz Vətənimizdə, doğma Azərbaycanda bizi belə yüksək dəyərləndirirlər. Mən də Azərbaycanın ən yüksək səviyyədə təqdim olunması üçün bundan sonra daha böyük səylər göstərəcək və mənə verdiyiniz fəxri adı doğrultmağa çalışacağam», - deyə o qeyd edib.

Yusif Eyvazov 1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olub. Onun valideynləri həmin dövrdə Sovet İttifaqının mütəxəssisləri qismində Əlcəzairdə işləyiblər.

Bakıda böyüyüb başa çatan və atasının yolunu davam etdirmək istəyən Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olub.

Musiqini həssas duymaq qabiliyyəti, oxumaq istedadına və həvəsinə görə, Yusif Eyvazov 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olur, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyaya, Milana gedir. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alır.

2009-cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış edib. 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi («Toska» C. Puççini) obrazı ilə debüt çıxış edib.

Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub.

O, 2015-ci ildə rusiyalı opera ifaçısı Anna Netrebko evlənib.

2017-ci ilin 9 martında Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.