vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
18:43 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm...»

«Onu təhvil alıb orada həbsə atmağı çox istəyirdilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Dövlət Dumasının deputatı, özünün ermənipərəst fəaliyyəti ilə tanınan bədnam MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu həbsdən «şəxsən xilas etdiyini» deyib.

Virtualaz.org xəbər verir ki, Zatulin bu haqda başçılıq etdiyi institutda keçirilən «Həmvətənlərə Rusiya vətəndaşlığının verilməsi» mövzusunda dəyirmi masada deyib. Həmin dəyirmi masa əslində martın 21-də keçirilib, lakin stenoqramını materik.ru saytı indi yayıb.

«Mən hələ Belarusun Rusiya vətəndaşını Dağlıq Qarabağa getdiyinə görə tutub Azərbaycana təhvil verməsindən danışmayacam. 90-cı illərdə biz Azərbaycanın sorğusu əsasında təhvil vermə ilə fəal məşğul olurduq. Mən Azərbaycana keçmiş prezident Ayaz Mütəllibovun təhvil verilməsinin qarşısını şəxsən almışam. Hansı ki, onu təhvil alıb orada həbsə atmağı çox istəyirdilər», - Konstantin Zatulin bildirib.

Xatırladaq ki, Ayaz Mütəllibov 90-cı illərin əvvəllərində Azərbaycandan qaçandan sonra Moskvada sığınacaq alıb. Onun tutulub təhvil verilməsinə dair Bakının tələbləri uzun müddət təmin edilməyib. Nəhayət Mütəllibov Azərbaycan rəhbərliyinin xoş məram nümayiş etdirməsi sayəsində ölkəyə qayıdıb. Ona eks-prezident statusu verilib, pensiya təyin edilib. Zatulinin Mütəllibovun təhvil verilməsini şəxsən necə əngəlləməsi barədə təfərrüatlar məlum deyil.