vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
19:10 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Asiya inkişaf bankından Bakıya böyük etimad

AİB keçən il Azərbaycandakı layihələrə 1,325 milyard kredit ayırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Asiya İnkişaf Bankı (AİB) 2016-cı ildə Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə 1,325 milyard dollar məbləğində 4 kredit ayırıb. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə bankdan məlumat verilib.

«AİB 2016-cı ildə ölkədə enerji paylama şəbəkəsinin genişləndirilməsi üzrə investisiya proqramı çərçivəsində layihəyə 250 milyon dollar, su təchizatının yaxşılaşdırılması üzrə investisiya proqramı çərçivəsində layihəyə 75 milyon dollar, «Şahdəniz» yatağının işlənməsi layihəsinin II mərhələsinə dəstək üçün 500 milyon dollar, respublikanın iqtisadi inkişafına dəstək üçün 500 milyon dollar məbləğində kredit ayırıb», - deyə məlumatda bildirilir.

AİB-in «Cənub Qaz Dəhlizi» QSC-yə ayırdığı 500 milyon dollar yuxarıda qeyd olunan məbləğə daxil deyil.

31 dekabr 2016-cı il tarixinə AİB-in Azərbaycanda özəl sektor üzrə aktiv kredit portfeli 373,6 milyon dollar təşkil edir.

«Bu günədək bank özəl sektor üçün 1 milyard 238 milyon dollar məbləğində 11 kredit ayırıb. 2016-cı il dekabrın 31-nə AİB-in özəl sektor üzrə aktiv kredit portfeli 373,6 milyon dollar təşkil edir ki, bu da bankın dünyada özəl sektorla əməliyyat portfelinin 3,8 faizinə bərabərdir», - deyə məlumatda qeyd olunur.

Bundan başqa, AİB ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində Azərbaycanda 43,8 milyon dollarlıq 54 əməliyyatı dəstəkləyib. Bu məbləğin 9,1 faizini bank özəl sektorla birlikdə maliyyələşdirib.