vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
00:41 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1913 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç biri tövsiyəyə əməl etməyib»

Rusiya XİN Dilqəm Əsgərovu bloger Lapşinlə müqayisə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Xarici İşlər Nazirliyi (XİN) virtualaz.org-un bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb.

Rusiya XİN-dən verilən məlumata görə, nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin «Lapşinin ətrafında yaranan vəziyyət fonunda dəfələrlə bildirilib ki, Rusiya XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir. Bu səbəbdən bilmək istərdik ki, Rusiya XİN qondarma «DQR» məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görür?« sualına cavabında bildirib ki, onlar virtualaz.org-un Rusiya vətəndaşlarına qarşı qayğısından çox məmnundurlar: «Rusiya XİN davamlı olaraq milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib».

Sorğuda qeyd olunub ki, münaqişəyə görə Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur: «Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib».

Kojinin adından yayılmış cavabda, həmçinin, vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.

Məlumatda «bu hadisədə müəmmalı amillər mövcud olduğu» qeyd edilib, «rəsmi Bakının Rusiya vətəndaşının  münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı» ilə bağlı məlumatsızlıq ifadə olunub: «Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq».

Kojinin «Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini» də qeyd edib.