vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
11:56 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyamək Mirzayinin qanunsuz həbsi uzanır

Azərbaycanlı məhbusun Apellyasiya Məhkəməsinin vaxtı bəlli olub

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda tanınmış azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı müəyyənləşdirilib. Bu barədə Siyamək Mirzayinin vəkili Məhəmmədrza Fəqihi aprelin 24-də jurnalistlərə açıqlama verib.

Vəkil bildirib ki, Apellyasiya Məhkəməsində müvəkkilinin axırıncı müdafiəsi dinləniləcək və onun barəsində çıxarılan əvvəlki hökmə etirazına baxılacaq: «Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin rəisi, hakim Zərgər bildirib ki, müvəkkilimin əvvəlki hökmə etirazına aprelin 26-da (ordibeheştin 6-da) baxılacaq».

«ETTELAAT» əməkdaşları, İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə «ETTELAAT»ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb.

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Məhkəmənin hakimi Bəhram Həsəni isə Siyamək Mirzayinin müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, fəalın vəkilləri təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışırlar. Lakin, onların bu cəhdi hələ ki, nəticəsiz qalıb.