vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:11 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2763 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Administrasiya ləğv olunur?

Prezident qanun layihəsi hazırlatdırdı, Azərbaycan böyük dəyişikliklər astanasında

ORXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Milli Məclisə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib.

A24.Az-ın məlumatına görə, layihədə qeyd olunur ki, «Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,» sözləri «orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,» sözləri ilə, «Azərbaycan Respublikası Dövlət müşavirlərinin» sözləri «Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin» sözləri ilə əvəz edilsin.

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihəni A24.Az-a hüquqşünas Ələsgər Məmmədli şərh edib.

Hüquqşünas bildirir ki, bu konstitusiyadan irəli gələn bir dəyişiklikdir:

«26 sentyabr 2016-ci ildə Konstitusiya dəyişikliyindən sonra I vitse-prezident yaradılması məsələsi gündəmə gəldi. Buna görə «Dövlət Qulluğu»nun təsnifatına yenidən baxılması nəzərdə tutulub. Bu konstitusiyadan irəli gələn dəyişiklikdir. Burda bir məqam görünür ki, artıq prezident administrasiyası sözü olmayacaq. Prezidentin fəaliyyətinin tənzimləyən «orqan» sözü qanunvericiliyə gətirilir».

Ələsgər Məmmədlinin sözlərinə görə, bu yeni bir məqamdır:

«Yəqin ki, yaxın vaxtlarda yerli icra hakimiyyəti haqqında əsasnaməyə köklü dəyişiklik olacağını görəcəyik. Çünki bu onun xəbərdarlığı ilə verilir. Artıq prezident administrasiyası bu gündən prezidentin fəaliyyətini tənzimləyən orqan kimi təqdim olunacaq(Prezident administrasiyası sözü kimi yox).  Administrasiya rəhbərləri müavinlərinin statusu eyni ilə l vitse-prezidentin köməkçiləri ilə müavini sözü statusu ilə eyni səviyyədə olacaq».

Hüquqşünas bu dəyişikliyin sırf təsnifatla bağlı məsələ olduğunu da diqqətə çatdırdı:

«Yəni kimlər kimlə bərabər səviyyədə tutulur. Diqqət etsəniz burda müavini sözü prezident administrasiyası rəhbərinin müavini səviyyəsi l vitse-prezident  eyni tutulur. Burda görünməyən amma daha sonra dəyişəcəyi aydın şəkildə görünən struktur, (bildiyimiz kimi prezident icra hakimiyyəti strukturlarını əsasnamə ilə tənzimləyir, qanunla yox. Bu əsasnaməni də prezident qəbul edir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi baxımından parlamentin səlahiyyətində olan məsələ deyil) yerli icra hakimiyyəti haqqında əsasnamədə dəyişikliyin olacağıdır».

«Bundan sonra isə prezident administrasiyası sözü qanunvericilikdən çıxarılacaq. Yaxud da başqa formada adlandırılacaq», – deyə Ə.Məmmədli əlavə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin hazırlatdığı qanun layihəsini təqdim edirik.


«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq

q ə r a r a   a l ı r
:


«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83,  № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1.1.1-ci maddədə «Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,» sözləri «orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,» sözləri ilə, «Azərbaycan Respublikası Dövlət müşavirlərinin» sözləri «Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin» sözləri ilə əvəz edilsin.

2. 11.1.2.1-ci maddədə «Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini,» sözləri «orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini,» sözləri ilə, «habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri» sözləri «həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi» sözləri ilə əvəz edilsin.

3. 11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə «Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında» sözləri «orqanda» sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti