vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
İZDİHAM  
15:38 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycandan TIR sürücüləri tətilə qoşulubmu?

«Onlar heç bir neçə saat bizimlə dayanmadılar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada «Platon sistemi»inə etraz olaraq ağırtonnajlı yük maşınlarının sürücülərinin martın sonlarından başlayan tətilinə Azərbaycandan olan TIR sürücülərinin də qoşulduğu haqda xəbərlər yayılıb.

Virtualaz.org məlumat verir ki, belə xəbər Şimali Qafqazın bəzi internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yer alıb. İddia olunur ki, «Platon sistemi»inə qarşı aksiyalar beynəlxalq xarakter alıb və Azərbaycandan 60-dan çox TIR hazırda Dağıstanın Manas qəsəbəsi yaxınlığında tətilçilərin düşərgəsinə daxil olub. Həmin TIR-ların sürücüləri dağıstanlı sürücülərlə birlikdə tətil edir.

Lakin Manas qəsəbəsi yaxınlığında tətili davam etdirən dağıstanlı sürücülərin nümayəndəsi bu məlumatı təkzib edib. «Heç bir azərbaycanlı bizə qoşulmayıb, bütün bunlar yalandır. Onlar indi bizə necə qoşula bilərlər ki, heç əvvəldən bizi dəstəkləməyiblər? Onlar hətta bir neçə saat bizimlə dayanmaq istəmədilər. Azərbaycanlılar hazırda polis maşınlarının müşaiyəti ilə işləməkdə davam edirlər»-sürücülərdən biri «Kavkaz.Realii»yə  («Azadlıq» radiosunun rus xidmətinin xüsusi proqramı) bildirib.

Xəbərə görə Manas tətilçilərin mərkəzi olaraq qalmaqda davam edir. Hazırda orada 300-dən çox TIR park edilmiş vəziyyətdədir. Onların sürücüləri hər gün Manasa gəlir və aksiyaları davam etdirirlər. Bunlar fərdi yükdaşıyanlardır. Rusiya mənbələri bildirir ki, Şimali Qafqaz respublikalarının əksəriyyətində və ölkənin digər regionlarında yükdaşıma şirkətləri tətil etməkdən bezərək aksiyanı dayandırıblar. Lakin Dağıstanda tətil bir qədər səngisə də davam edir. Bu, Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalara öz təsirini göstərməkdədir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *