vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
19:27 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Atasının gününə düşməkdən xilas oldu

Telman İsmayılovun oğlu tələb olunan məbləği ödədi və ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın Arbitraj məhkəməsi azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsinə dair qaldırılmış iddia üzrə işə xitam verib. Virtualaz.org xəbər verir ki, buna səbəb Ələkbər İsmayılovun onun müflis elan edilməsini tələb edən «BMV Bank»a olan borcunu ödəməsidir.

Bank T.İsmayılovun oğlu barədə iddianı məhkəməyə yanvarın 9-da təqdim edib. Ötən gün keçirilən məhkəmə iclasında bankın nümayəndəsi bildirib ki, cavabdeh tərəf borcunu ödəyib. «Biz iddiamızdan imtina edirik, çünki aprelin 20-də cavabdeh tərəf banka olan borcunun son hissəsini ödəyib, bununla da öhdəliyini tam yerinə yetirib»-bankın nümayəndəsi bildirib.

Bildirilir ki, bank T.İsmayılovun oğlunu məhkəməyə verəndə onun borcu 50 min dollar təşkil edirdi. Ələkbər İsmayılov borcu üç hissəyə ödəyib və müflis elan olunmaqdan yaxa qurtara bilib. O, «AST» qrupuna daxil olan şirkətlərin səhmdarı və idarəçisidir. «BMV Bank» Almaniyanın BMW avtokonserninin törəmə bankıdır. Xatırladaq ki, məhkəmə T.İsmayılovu müflis elan edib və əmlakının hərraca çıxarılması haqda qərar verib.