vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
00:40 | 26 aprel 2017 | Çərşənbə Məqaləyə 2071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aqramunt istefaya getməyə razılıq verib

Amma bir şərtlə ...

MÖVZU İLƏ ƏLAQƏLİ

AŞPA sədri Pedro Aqramunt yalnız İspaniya kralının assambleyaya səfərindən sonra istefası barədə elan edəcək, səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı bəyanatı isə may ayının 9-da verəcək. Virtualaz.org xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən «Avropa həqiqəti» nəşri yayıb.

Xatırladaq ki, mart ayında Aqramunt Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfər edib və bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. AŞPA üzvləri görüş faktını qınayıblar və xüsusi dinləmələr təyin ediblər, Ukrayna isə Aqramuntun istefasını tələb edib.

Nəşrin yazdığına görə, Aqramunt vəzifəsindən o şərtlə getməyə razıdır ki, İspaniya kralı VI Filippin aprelin 27-də plenar toplantıda çıxışı zamanı prezident kürsüsündə qala bilsin.

Öz növbəsində, siyasi qrupların rəhbərləri könüllü istefa müqabilində bu şərtə razı olduqlarını bildiriblər.

«İstefanın sxemi belə olacaq: Aqramunt sessiya zalında nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü görünməyəcək, yalnız kralı zala müşayiət edəcəyi və onun 1 saatlıq çıxışı zamanı rəyasət heyətindəki yerindən çıxışı dinləyəcəyi vaxt istisna olmaqla», - mənbə qeyd edir.

Bundan sonra o, kralı vətəninə yola salacaq, sessiya bağlı elan edildikdən sonra isə Büronun iclasına gələrək rəsmən istefa etdiyini bildirəcək. Bunun birlikdə, istefa hələ 3 ay rəsmiləşdirilməyəcək.

Nəşr yazır ki, vəzifəsindən getməsi ilə bağlı yazılı ərizəsini Aqramunt özü ilə birlikdə mayın 29-da Praqada keçiriləcək prezident komitəsi ilə AŞPA Bürosunun görüşünə gətirəcək.