vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
19:42 | 26 aprel 2017 | Çərşənbə Məqaləyə 3442 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın ən yaxşı məktəbləri

«Abituriyent» jurnalı siyahını açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda attestat qiymətləri əla olan abituriyentlərin 1,71 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 58,70 faizdir.

«Report» xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin «Abituriyent» jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

Hesabatda həmçinin, respublika üzrə keçən il üçün yaxşı məktəblərin siyahısı da açıqlanıb. Belə ki, həmin məkətblərin sırasına keçən il şəhərin 287 saylı «Zəkalar» liseyi, 160 saylı klassik gimnaziya, 291 saylı «Ekologiya» liseyi, Texniki humanitar lisey, Məktəb-lisey Kompleksi, 82 saylı tam orta məktəb, 62, 70, 72, 83, 220, 261, 264 və 304 saylı məktəb-liseylər, 1, 3, 7, 12, 23, 27, 33, 54, 60, 82, 98, 116, 129, 141, 144, 171, 189-190, 207, 249, 254, 263, 278, 282, 283, 294, 308, 311, 313, 317, 318, 328 və Ümid qəsəbəsi 194 saylı tam orta məktəblər daxil olub.