vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
13:37 | 30 noyabr 2013 | Şənbə Məqaləyə 2668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni nazirdən yenilik

Müslüm Səlimovun tapşırığı ilə avtomobil və mənzil növbəsində dayananların siyahısı ƏƏSM-in saytında yerləşdiriləcək

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında avtomobil və mənzil növbəsində dayanan əlillərin və şəhid ailələrinin siyahısını görmək mümkün olacaq. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı bütün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sistemində şəffaf prinsiplərin bərqərar olunmasını tapşırıb: “Buna əsasən növbəti mərhələdə ünvanlı sosial yardımın təmin olunması prosesinin avtomatlaşdırılmasına keçiləcək. Yəni insanların müraciətləri ancaq poçt qutusu ilə həyata keçiriləcək. Nəticədə yerlərdə hər hansı bir manipulyasiya etmək mümkün olmayacaq. Bütün bu istiqamətlərdə yaxın zamanlarda şəffaf sistemin qurulduğunu görəcəksiniz”.