vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
11:28 | 28 aprel 2017 | Cümə Məqaləyə 1641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AST» Telmana soyuq duş

Azərbaycanlı oliqarx 8 nəfərin qətlində ittiham olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı oliqarx-keçmiş milyarder daha çox «AST» Telman ləqəbiylə məşhur olan Telman İsmayılov 8 nəfərin sifarişli qətlində ittiham olunan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqda fiqurantdır. Virtualaz.org xəbər verir ki, «Rosbalt» bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir. Telman İsmayılova qarşı qruplaşmanın üzvlərindən biri ifadə verib.

Mənbənin bildirdiyinə görə, mütəşəkkil qruplaşmanın üzvü Harri Belotserkovski istintaqla sövdələşməyə gedərək oliqarxın sifarişli qətllərdə əli olduğunu açıb. Həmin şəxs İsmayılovlar ailəsinə bağlıdır. Belotserkovski istintaqa ifadəsində deyib ki, ona 2010-2016-cı illər ərzində Telman İsmayılov və qardaşlarının sifarişi ilə törədilən səkkiz sifarişli qətl barəəd məlumdur. Qurbanlar isə İsmayılovlarla əlaqələri olan biznesmenlər və «koptevsk» cinayətkar qruplaşmasının üzvləridir.

Bütün bu qətlər Moskvanın şimal inzibati dairəsində bir sıra ticarət obyektləri uğrunda gedən kriminal müharibənin nəticəsidir. Belotserkovskinin ifadəsinə görə o, 2000-ci ildə «Praqa» restoranında Rafiq və Telman İsmayılov qardaşlarının söhbətinə şahid olub. Həmin söhbətdə  Andrey Lobanov adlı kriminal avtoritetin aradan götürülməsindən danışılırdı. Daha sonra Lobanov güllələndi.

Hazırda Rafiq İsmayılov başqa qətl ittihamları ilə həbsdədir. Yaxın vaxtlarda ona yeni epizodlar üzrə ittiham irəli sürülməlidir. Telman İsmayılovun uzun müddət DİN-də işləmiş digər qardaşı Vaqif İsmayılov isə istintaqdan gizlənib, axtarışa verilib. «Telman İsmayılovla bağlı məsələ isə hazırda həll olunur. Onun axtarışa veriləcəyi istisna deyil», - mənbə bildirib.

T.İsmayılov bu yaxınlarda məhkəmə tərəfindən müflis elan edilib. Onun Türkiyədə olduğu bildirilir. Bir neçə gün əvvəl oliqarx Daşkənddə milyarder Fattoh Şodiyevin ad günündə olmuşdu.