vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
21:54 | 28 aprel 2017 | Cümə Məqaləyə 2251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Susmaq özümüzə qarşı xəyanətimzidir»

Baş örtüyü İranda qadın idmançıların başına bəlalar açır

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Daily Mail» qəzeti yazır ki, İranın qadın futbolçusu İsveçrəyə şəxsi səyahəti zamanı başını örtmədiyinə görə milli yığmadan qovulub.

Məqalədə deyilir ki, Şiva Əmini məzuniyyətdə olarkən bir qrup kişi ilə futbol oynayıb və İranın Futzal Federasiyasından olan rəsmilər onun sosial media hesablarında bunu əks etdirən fotoları aşkar ediblər.

Bu fotolarda xanım Əmini idman şortu geyinmiş iki kişi ilə başı açıq vəziyyətdə top qovur.

Lakin futbolçu qadın federasiyanın qərarını pisləyib və deyib ki, onun üçün idman baş örtüyündən daha mühüm məsələdir.

«Hicab futbolçu qadın üçün lazımsız bir şeydir. Amma görünür ölkəmin rəsmiləri üçün bu daha mühümdür. Onların mənə göndərdikləri məktubda deyilir ki, başımın açıq olması bir yana, mən hələ kişilərlə futbol oynamışam. Beləliklə, məni yığmadan çıxarıblar. Bunun mənim üçün problem olacağını bilirdim», - deyib futbolçu.

Şiva Əmini gileylənib ki, futbol pərəstişkarlarından heç kəs onun müdafiəsinə qalxmayıb.

«Susmaq bizim özümüzə qarşı xəyanətimzidir», - deyib Əmini.

Bu hadisə barədə «Mənim oğrun azadlığım» kampaniyasını yaratmış jurnalist Məsiq Əlinejada müsahibə verən Əmini deyib ki, İsveçrədəki oyun rəsmi qarşılaşma deyildi və o, İslam Respublikasını təmsil etmirdi.

«İran rəsmiləri mənə yazıblar ki, mən kişilərlə hətta başıörtülü oynasam da komandadan qovulacaqdım», - deyib idmançı.

«The Mail» yazır ki, ötən fevral ayında iki ümidverən şahmatçı - bacı və qardaş turnirdən çıxarılıblar. Bacı yarışda başını örtməmişdi, qardaş isə israilli ilə şahmat oynamışdı.

Ölkənin iki aparıcı gənc şahmatçısı - Dorsa və Borna Derəxşanilərə deyiblər ki, onlar daha milli yığmanın üzvü ola bilməzlər.

İspaniyada tələbə olan 18 yaşlı Dorsa «Tradewise Gibraltar» Şahmat Festivalında başını örtməmişdi.

Onun 15 yaşlı qardaşı Borna İranda yaşasa da, onu da komandadan çıxarıblar. Belə ki, o da eyni turnirdə israilli şahmatçı ilə qarşılaşıb.

Bu hadisədən bir ay sonra İran qadın bilyard komadasının bəzi üzvlərini Çində keçirilmiş turnir zamanı islami geyim qaydalarını pozduqlarına görə bir il müddətinə yarışlardan çıxarıblar.

2012-ci ildə FİFA baş örtüyünə görə iranlı idmançıların Olimpiadada iştirakını qadağan etmişdi.

1979-cu il İran İslam İnqilabından bu yana İran qadınları ictimai yerlərdə yalnız başları örtülü görünə bilərlər.

İslami geyim qaydaları habelə qadınlara ailələri xaric başqa kişilərə toxunmağı və ya onlarla rəqs etməyi qadağan edir.

Qadınların yalnız üzlərinin, əllərinin və ayaqlarının görünməsinə icazə verilir.

Lakin göründüyü kimi qadınlar ildən-ilə bu qaydaları pozmaqda davam edirlər.