vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
12:39 | 29 aprel 2017 | Şənbə Məqaləyə 1017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreya raket sınağı keçirdi

Tillerson: «Provokasiyalara cavab olaraq bütün seçimlər masa üzərindədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya şənbə günü ballistik raketi sınaqdan keçirib. Raket yer üzərində partlayıb, deyə ABŞ Sakit Okean Komandanlığı xəbər verir.

Donanma komandiri Deyv Benhamın dediyinə görə mərmi Şimali Koreya hüdudlarını tərk etməyib.

ABŞ hərbi təhlili göstərir ki, mərminin əsas hissəsi Pukçanq aerodromundan 35 kilometr aralıda yerə düşüb.

«Şimali Koreya, uğursuz da olsa, raket atmaqla Çinin arzularına və onun möhtərəm prezidentinə hörmətsizlik edib. Pis!» deyə Prezident Donald Tramp «Twitter»də yazıb.

Cənubi Koreya rəsmiləri sınağın güman ki, uğursuz olduğunu deyirlər.

«Biz əlavə məlumatları analiz edirik», həmin ölkənin Baş Qərargahlar İdarəsi bildirib. «Bizim hərbi qüvvələrimiz Şimali Koreyanın mümkün təxribatlarına sayıq vəziyyətdədir».

Sınaqdan keçirilən raketin KN-17 olduğu güman edilir. KN-17 yerdə qərargahlanan bərk mayeli raketdir ki, mobil qurğudan atılır.

Cümə günü ABŞ Dövlət Katibi Reks Tillerson Şimali Koreyanın mümkün təcavüzünə qarşı hərbi cavabı istisna etmədiyini bəyan edib. O, əlavə edib ki, Vaşinqton totalitar dövlətin maliyyə və beynəlxalq təcridini gücləndirməkdə davam edəcək.

«Bizim əvvəl dediyimiz kimi, provokasiyalara cavab olaraq bütün seçimlər masa üzərindədir», Tillerson BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın nüvə məsəsləsi ilə bağlı müzakirələrdə bildirib.

Şimali Koreyanın təcavüzünə qarşı diplomatik və maliyyə rıçaqları lazım gələrsə hərbi ölçüyə söykənəcək, deyə o xəbərdarlıq edib. «Biz problemin danışıqlar yolu ilə həllinə üstünlük veririk, ancaq Şimali Koreyanın aqressiyasına qarşı özümüzü və müttəfiqlərimizi müdafiə etməkdə qətiyik».

Tillerson sürətlə həyata keçirilcək intensivləşidirlmiş kampaniyanın Şimali Koreyanın maraqları üçün ağrılı olacağını bildirib, O, əlavə edib ki, rejim dəyişikliyi bu plana daxil deyil.